II Cilddə II Cild

Seçilmiş Əsərləri

Məmməd Rahim

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Düşməzdi pərvanə bu qədər dilə Əgər aramızda nisbət olmasa. Möhnət əridərdi məni şam kimi Şirin xəyalınla söhbət olmasa. Sən bir nazəndəsən ipəkdən təmiz, Mənalı sözlərin sakit bir dəniz, Mən səni tutmazdım canımdan əziz Sadəlik hüsnünə zinət olmasa. Çoxdan eşqindəyəm, ey pəricəmal! Mən səni hər zaman etmişəm xəyal; Şirin olardımı bu qədər vüsal Ayrılıq olmasa, həsrət olmasa?
Deyirəm ki, səni gördüyüm zaman Üstünə gül-çiçək səpəcəyəm mən. Deyirəm ki, səni görəndə, canan, Söz açaram təmiz məhəbbətimdən. Sən bahar çağında yaşıl çəməndə Ətir saçan zaman qızılgül kimi, Coşmaq istəyirəm fərəhlə mən də Baharın aşiqi şən bülbül kimi.
Reklam
Gəzsəm çəməni, Dolansam bağı, Gülün yanağı Andırar səni. Bir axar bulaq Görsəm, dalaraq, Yadıma, dilbər, Gülüşün gələr. Çıxıb seyrana, Bir şux ceyrana Rast gəlsəm əgər, Ey nazlı dilbər! Səni anıram, Dalğalanıram. Sənsən şux yarım, Səbrim, qərarım. Sən mənim ancaq - Bir alma yanaq, Körpə quzumsan. Dan ulduzumsan.
Sənin.
Sevgilim, deyirlər, xeyli zamandır Aya şölə verir camalın sənin. Aşiqin cəzb edir hər axşam, səhər Özün olmayanda xəyalın sənin. Ey bahar könlümün körpə turacı, Eşqimin vüqarı, başımın tacı. Hicranın o qədər olmazdı acı Şirin olmasaydı vüsalın sənin. Mən səni sevmişəm, sevimli canan, Bir canım var olsun yolunda qurban. Rahim olardımı hüsnünə heyran Əgər olmasaydı kamalın sənin?!
Sən gəzdiyin yerlərin çınqılı, çaqıl daşı Sanıram ki, misilsiz bir incidir, gövhərdir... Sənin sevdiyin axşam məndən ötrü səhərdir. Nə günlərə qalardım bəlkə sən olmasaydın. Təsəvvür eləyirəm mən bunu aşkar, aydın, Sən bu cahan içində mənim öz cahanımsan, Arzum, şirin istəyim, ümidim, gümanımsan...
Sən mənim baharım...
Mən səni axtarıram, gözlərim çəməndədir. Mən səni axtarıram, çünki bahar səndədir. Nərgiz yenə başını qaldırıbdır torpaqdan, Mən səni düşünürəm baxıb ona bayaqdan. Canlanır qabağımda yenə xumar gözlərin, Dayanmışam yamacda, gün batır, hava sərin; Salxım söyüd yellənir, kefidir ağacların. Düşür yenə yadıma şəvə kimi saçların. Sən ki, ağ yasəməndən daha təravətlisən. Lalələr yamac boyu sanki al piyalədir. Sən onlardan alovlu, odlu, hərarətlisən, Ürəyimin başında məhəbbətin lalədir. Niyə gəzim baharı, sən mənim baharımsan. Ətrinlə çəmənləri məst eləyən yarımsan. Seyr edirəm səhərdən, gözlərim çəməndədir. Mən səni axtarıram, çünki bahar səndədir...
Reklam
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.