II Cilddə II Cild

Seçilmiş Əsərləri

Məmməd Rahim

Sözler ve Alıntılar

Tümünü Gör
"Qara - matəm rəngidir" belə demişlər hamı, Qara örpəkli gördüm qoca vaxtı anamı. Çoxlarında bu rəngə hüsn-rəğbət görmədim, Düzü, mən də könlümü heç qaraya vermədim. Lakin o gün keçəndə önümdən narın-narın, Ah, nə gözəl göründü şəvə kimi saçların! Qapqara gözlərində nə qədər də həyat var! Sönükdür qabağında ən işıqlı ulduzlar.
Sənin.
Sevgilim, deyirlər, xeyli zamandır Aya şölə verir camalın sənin. Aşiqin cəzb edir hər axşam, səhər Özün olmayanda xəyalın sənin. Ey bahar könlümün körpə turacı, Eşqimin vüqarı, başımın tacı. Hicranın o qədər olmazdı acı Şirin olmasaydı vüsalın sənin. Mən səni sevmişəm, sevimli canan, Bir canım var olsun yolunda qurban. Rahim olardımı hüsnünə heyran Əgər olmasaydı kamalın sənin?!
Reklam
Axı bircə dənəsən Şən qızların içində. Ay gözə tez görünər Ulduzların içində. Mən də baxıb söylədim: Qəlbim alma olaydı, Onu, öz əllərilə Mehribanca alaydı. Budaqlara qayğısı Uzun ömür verən qız. Baxdıqca doymadığım Bağda alma dərən qız.
Bənzərin qızlgülədir.
Fərəhlə gəzəndə yamaclar boyu Baxıb həsrət çəkər dağda qar sənə. Demirəm bənzərin qızılgülədir, Oxşar təravətdə ilk bahar sənə.
Bu dünyada sevməyənlər ölüdür, Çox şirindir əhdi-peyman sevgilim! Eşq insanın həyatının gülüdür, Ətir saçar zaman-zaman, sevgilim! Mən uğrunda vuruşlara girmişəm, Çox dəhşətlər, çox tufanlar görmüşəm, Eşqim üçün imtahanlar vermişəm, Söyləmişəm keçər hicran, sevgilim!
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.