XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Xalq şairimiz Xəlil Rza Ulutürkün yeni kitabına əllinci illərdən səksəninci illərədək yazdığı ən yaxşı şerləri,poemaları daxil edilmişdir.Milyonlarla insanı öz xalqının istiqlalı uğrunda mübarizəyə səsləyən,Yer Kürəsinin taleyindən ötrü narahat olan böyük Xəlil Rza Ulutürkün bəşəri sevgisini,dünyanı yaşadan sevgisini bu kitabda toplamış seçmə əsərləri oxuyan oxucularımız yaxından duyub,hiss edəcəklər.