Seçilmiş Əsərləri 1.Cild

Fuzuli

En Eski Seçilmiş Əsərləri 1.Cild Gönderileri

En Eski Seçilmiş Əsərləri 1.Cild kitaplarını, en eski Seçilmiş Əsərləri 1.Cild sözleri ve alıntılarını, en eski Seçilmiş Əsərləri 1.Cild yazarlarını, en eski Seçilmiş Əsərləri 1.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Pənbeyi-daği-cünun içrə nihandır bədənim, Diri olduqca libasım budur, ölsəm kəfənim. Canı canan diləmiş, verməmək olmaz, ey dil! Nə niza’ eyləyəlim, ol nə sənindir, nə mənim. Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən, Nola zənbur evinə bənzəsə beytül-həzənim. Tövqi-zənciri-cünun daireyi-dövlətdir, Nə rəva kim, məni ondan çıxara zə’fi-tənim. Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim, Bir hübabəm ki, həvadən doludur pirəhənim. Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən, Dəhənü qəddü rüxün qönçəvü sərvü səmənim. Edəmən tərk, Füzuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
Şəm’i-şami-firqətəm, sübhi-vüsali neylərəm? Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?
Reklam
Məni candan usandırdı, cəfadən yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan, Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?
Artıran söz qədrini sidqilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz.