Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri 2.Cild

Mirzə İbrahimov

Seçilmiş Əsərləri 2.Cild Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri 2.Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri 2.Cild kitap alıntılarını, Seçilmiş Əsərləri 2.Cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Dünyada heç şey yaxşı bir adam haqqında pis düşünmək qədər ona əzab verməzdi. O belə əqidədə idi ki, insanları pis yollara salan onlara qarşı etinasızlıq və pis münasibətdir. Bu münasibət dəyişsə, adamlar bir-birinə məhəbbətlə və sədaqətlə yaxınlaşsalar, fənalıqlar nə qədər azalardı.
Sayfa 62 - Gələcək gün - Sərtib SəlimiKitabı okudu
Bəlkə də, bu sevgi qəlbində açılmadan solmuş ilk arzuların məzarı üzərində bitən bir həsrət çiçəyi, bir təsəlli, gülüdür?..
Sayfa 411 - "Gələcək gün"Kitabı okudu
Reklam
Onlar saf insan gülüşündə nə böyük mənalar olduğunu, təmiz insan həyatında nə xoş gözəllik gülümsədiyini duymaqdan acizdirlər. Həqiqət onların nəzərində pul kimidir. Nə qədər saxtasını buraxsalar, o qədər çox qazanmış olacaqlar...
Sayfa 448 - "Gələcək gün" SüdabəKitabı okudu
Cümə məscidinin böyük həyətində kim isə avazla Quran oxuyurdu. Bir müəzzinin avazını andıran bu səs gecə qaranlığında məscidin divarları dibinə qısılaraq yatmış dilənçilərin arasındakı xəstə və şikəstlərin zarıltı və naləsini yatıra bilmirdi...
Sayfa 397 - "Gələcək gün"Kitabı okudu
Heç kəs "dünya mənə qalacaq" deyib qürrələnməsin.. Bu torpaq çox mənəm-mənəm deyənlərin başını yeyib. Bu külək çox ocaqlar söndürübdür... Elə ocaqlar ki, oduna min ev isinərdi... Bu çarxın altında çox sümüklər əzilib toza dönübdür. Heç kəs də bu qapıdan çıxanda "doydum" deməyibdir...
İstər şah ol, istər gəda, əvvəl-axır bu dünyadan köçüb gedəcəksən, gedəndə bircə şey aparacaqsan. Ya rəhmət, ya lənət...
Reklam
Ah,mövhumat, cəhalət nə dəhşətli canavardır! Nə qədər qorxulu bir kabusdur!-deyə düşündü.
Oxu
-Oxu, oğlum, dünyanı cəhalətdən qurtaran ancaq elmin ziyası olacaqdır. Oxu və uşaqları oxut! Səadət ancaq elmdədir.
Bu səadət deyilmi..
Bununla belə o özünü xoşbəxt hiss edirdi:əlinin işi, yeməyə bir tikə çörəyi, yatmağa örtülü bir yeri var, uşağı da oxuyur, bu səadət deyilmi?
138 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.