Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri 2.Cild

Mirzə İbrahimov

En Eski Seçilmiş Əsərləri 2.Cild Sözleri ve Alıntıları

En Eski Seçilmiş Əsərləri 2.Cild sözleri ve alıntılarını, en eski Seçilmiş Əsərləri 2.Cild kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Gelecek gün romanindan
Azərbaycan tatli ve agiz sulandiran meyvedir. Onu yutmak,belkide de kolaydir.lakin onu hazm etmek müşküldur!
Sayfa 56
Maksim Qorki "Ana"
O gün gələcək!..O gün ki, bütün ölkələrin başlarını qaldırıb, qəti səslə deyəcəklər: daha bəsdir!..Artıq biz belə həyatı istəmirik! O zaman güclülərin həris ağalığı dağılacaq, torpaq ayaqlarının altından qaçacaqdır, onlar söykənməyə bir şey tapa bilməyəcəklər...
Reklam
Biz, ölüm qapımızı döyən günə kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün ölən insanlardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar... səni də, məni də.
Dünyada heç şey yaxşı bir adam haqqında pis düşünmək qədər ona əzab verməzdi. O belə əqidədə idi ki, insanları pis yollara salan onlara qarşı etinasızlıq və pis münasibətdir. Bu münasibət dəyişsə, adamlar bir-birinə məhəbbətlə və sədaqətlə yaxınlaşsalar, fənalıqlar nə qədər azalardı.
Sayfa 62 - Gələcək gün - Sərtib SəlimiKitabı okudu
Cümə məscidinin böyük həyətində kim isə avazla Quran oxuyurdu. Bir müəzzinin avazını andıran bu səs gecə qaranlığında məscidin divarları dibinə qısılaraq yatmış dilənçilərin arasındakı xəstə və şikəstlərin zarıltı və naləsini yatıra bilmirdi...
Sayfa 397 - "Gələcək gün"Kitabı okudu
Bəlkə də, bu sevgi qəlbində açılmadan solmuş ilk arzuların məzarı üzərində bitən bir həsrət çiçəyi, bir təsəlli, gülüdür?..
Sayfa 411 - "Gələcək gün"Kitabı okudu
Reklam
Onlar saf insan gülüşündə nə böyük mənalar olduğunu, təmiz insan həyatında nə xoş gözəllik gülümsədiyini duymaqdan acizdirlər. Həqiqət onların nəzərində pul kimidir. Nə qədər saxtasını buraxsalar, o qədər çox qazanmış olacaqlar...
Sayfa 448 - "Gələcək gün" SüdabəKitabı okudu
Eşitdim çox şadmış bir gənc müqəssir. Dara çəkilərkən boynunda zəncir Dostlardan birisi verdi bir sual: "Az qalır ömründən, bəs nədir bu hal?" Dedi: "Son nəfəsdir, ömrüm qalır az. Az ömrü kədərlə keçirmək olmaz!"
Sayfa 449 - "Gələcək gün". Südabə "Xəmsə"dən "Nüşabə" hekasəyini oxuyur.Kitabı okudu
O, dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü.
Sayfa 11 - "Şərq-Qərb", 2005. "Gələcək gün" romanı.Kitabı okudu
138 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.