Seçilmiş Əsərləri 2.Cild

Bahtiyar Vahabzade

Seçilmiş Əsərləri 2.Cild Quotes

You can find Seçilmiş Əsərləri 2.Cild quotes, Seçilmiş Əsərləri 2.Cild book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Könüllü gəlmədik bu dünyaya biz, Nə olar, dünyadan könüllü getsək?..
Sayfa 152
Atatürk düz demiş, vallah, düz demiş: "Yoxdur türkün dostu özündən özgə". ... İyirminci yüzilin əvvəllərindən, "Türkəm" - deyənlərin başı nə çəkmiş?!
Sayfa 295
Reklam
Qara torpaq olsa da əvvəl axır yerimiz, Eşqdir tinətimiz, eşqdir cövhərimiz.
Sayfa 10
Mənim bu dərdimi axı kim anlar, Ah! Qədim əyyamlar, köhnə zamanlar, Hanı qiymət qoyan şeirə, sənətə? Zaman dara düşüb, insan möhnətə. Bir qarın çörəyə qul olan insan, Keçir öz eşqindən, arzularından. Tökürəm kağıza ələmlərimi, Büzülür yer-yerdən yüz dodaq mənə. Gündüz şölə çəkən bir çıraq kimi Qalır öz içimdən alışmaq mənə. Açılmış cığırla mən yol getmədim, Özgə qismətinə göz də dikmədim, Ürək sındırmadım, qəlb incitmədim, Paxıllar yüz yerdən çəkdi dağ mənə.
Bu nədən belədir düşünməyənlər Bir düşmən kəsildi düşünənlərə?.. Sual yerindədir. Cavabı: Qorxu! Boş başlar şübhəylə, qorxuyla dolu!
Sayfa 114
Bura park idimi bir zaman? Xeyr! İndi də yaşayır xatirələrdə; On səkkizinci il! Şəhid düşənlər Haqqa tapşırıldı bir vaxt bu yerdə. O zaman qonşular bizdən kam alıb, Bizi arxamızdan yaman vurdular. Erməni əliylə burda park salıb,
Reklam
264 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.