Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dörd Cilddə

Seçilmiş Əsərləri 3. Cild

İlyas Efendiyev

Seçilmiş Əsərləri 3. Cild Gönderileri

Seçilmiş Əsərləri 3. Cild kitaplarını, Seçilmiş Əsərləri 3. Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri 3. Cild yazarlarını, Seçilmiş Əsərləri 3. Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Söyüdlü arx "
O, iri qara gözlərini dolandirıb kimi isə axtarırdı. Ürəyim fərəh və səadət içində döyündü, biz bir-birimizə xəfifcə baş əyərək sözsüz salamlaşdıq
Sayfa 88 - NuriyyəKitabı okudu
Bütün cinayətlərin, ictimai haqsızlıqların kökü bir sinfin digəri üzərindəki ağalığıdır.
Mahnı dağlarda qaldı
Reklam
Sənin rəssamında indiyə qədər başqalarında görüb hiss eləmədiyim nə isə var. Və bu "nə isə" məndə qəribə hisslər doğurur. Elə bil ki, mənim indiyə qədər keçirdiyim günlər bir yuxuymuş. Elə bil ki, mənim həyatım indi geriyə, on altı-on yeddi yaşlarıma qayıdır, mən özümdə anlaşılmaz bir həvəs, bir yüngüllük hiss edirəm.
Görünür, ilk məhəbbətin uğursuzluğu səndə hər şeyə qarşı bir soyuqluq, bir inamsızlıq yaratmışdır.
Bu qəmli dünyada məhəbbətlə kədər əkiz yaranmışdır, Bəyim.
Bu lənətə gəlmiş zəmanədə xeyirxah arzular, həqiqi sənət hər addımda xəyanətlə, kobudluqla üz-üzə gəlir! Yaltaqlar, satqınlarsa töhfə təbərcehi olub yuxarı başa keçirilir!
Reklam
–Bax bu sarı güllərdən qırmayasan. Mən soruşdum: –Nə üçün? –Ona görə ki,sarı gül ayrılıqdır. Mən də dedim: Qırmaram. Mənim sarı rəngdən xoşum gəlmir. Və mən heç bir zaman sarı gülü üzmədim,amma yenə də biz ayrıldıq.
Sayfa 435Kitabı okudu
76 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.