Beş Cilddə

Seçilmiş Əsərləri - I Cild

Samed Vurğun

Seçilmiş Əsərləri - I Cild Posts

You can find Seçilmiş Əsərləri - I Cild books, Seçilmiş Əsərləri - I Cild quotes and quotes, Seçilmiş Əsərləri - I Cild authors, Seçilmiş Əsərləri - I Cild reviews and reviews on 1000Kitap.
Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana!
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamasın ellər məni. Dağlarının başı qardır, Ağ örpəyın buludlardır. Böyük bir keçmişin vardır; Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin.
Azərbaycan, AzərbaycanKitabı okudu
Həsrətlər yorğunu, şikəstə könlüm, Ah, şu dərdli könlüm, şu xəstə könlüm.
Reklam
Sevgilim! Anla ki, qısqanclıq nədir? Anla ki, doğrudan o, faciədir...
Sayfa 149Kitabı okudu
Aşığın Dərdi
Əgər mənliyini sevməsə insan, Onun bu dünyada mənası bir daş... Bəlkə də bir tozdur... onu küləklər İstədiyi səmtə alıb sürüklər. Ölüb gedənlərin yasını burax, Anla ki, hər zaman axır bu həyat Daşqın sular kimi, gəncliyə bir bax! Fikrində, hissində inqilab yarat, Anla ki, hər zaman axır bu həyat!
Sayfa 135Kitabı okudu
Qüvvə bizim, motor bizim, torpaq bizim, su bizim. Öz əlimiz qursun gərək bu yurdda sosializm.
Sayfa 121Kitabı okudu
Qızıl Şərq
İnlədi Şərq, inlədi... Tunc əsrlərin dəmir çəngəlində. Çiyni zərpaqonlu şahların, "gözə görünməyən allahların" əlində inlədi Şərq.
Sayfa 116Kitabı okudu
Reklam
Oxşamaqdan yoruldum; Başqalaşmaq istərəm. Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.
Sayfa 102Kitabı okudu
Məktub
Yalandır həyatı nəşədə duymaq, Yalandır həyata nəşədən uymaq!
Sayfa 98 - 1930Kitabı okudu
"Leylasız"
Sənsiz xərab olan yazıq ömrümün Hər dəqiqəsində bir ölüm yaşar.
Sayfa 75 - 1929, 28 mayKitabı okudu
1928, 20 oktyabr
Çəkdiyim ağrılar bir yana dursun, İnsafı, mürvəti sən atmadınmı? Mən sənə yar desəm dilim qurusun, Yarı, məhəbbəti sən satmadınmı? Qırdın qanadımı, qırdın qolumu, İtirdin qəlbini, azdın yolunu. Tərlan xəyalımı, laçın könlümü Aldadıb-aldadıb oynatmadınmı? Vurğunun ahları yüksəlir göyə, Sormadın bu sirri, sormadın niyə? Dünyada bir şöhrət, bir altun deyə Şahmarın qoynunda sən yatmadınmı?
101 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.