Seçilmiş Əsərləri I.Cild

Seyid Əzim Şirvani

Seçilmiş Əsərləri I.Cild Gönderileri

Seçilmiş Əsərləri I.Cild kitaplarını, Seçilmiş Əsərləri I.Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri I.Cild yazarlarını, Seçilmiş Əsərləri I.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ey badi-səba, kuyi-həbibə güzər eylə, Hali-dili-zarimi o şahə xəbər eylə. Qürbətdə pərişanlığımı zülfü qəmindən, Tul eyləmə, ol sərvqədə müxtəsər eylə. Axır məni-zarı dəri-dilbərdən ayırdın, Ey çərxi-cəfacu, məni az dərbədər eylə. Ahi-səhərim qübbeyi-əflakə ucaldı, Bu navǝki-xunrizdən, ey gül, həzər eylə. Əgləşməyə ta xaki-rəhi dideyi-qeyrə, Ey göz, tökübən əşk qübarını tər eylə. Bəsdir mənə bu təlxiyi-hicran, ləbindən Get özgələrin kamını sən pürşəkər eylə. Səbr eylə dedin, vəslə əlac olmadı, Seyyid, Rəf etməyə bu firqəti fikri-digər eylə.
Sayfa 263
Gər bülbüli-zari eşqi-gül zar etməz, Hərgiz həvəsi-gülşənü gülzar etməz. Gülzardə bülbülə tikəndir azar, Öz aşiqi-zarına gül azar etməz..
Reklam
Bülbül nəvayə gəlməz idi şuri-eşq ilə, Gül olmasaydı arizi-alın nişanəsi. Etməzdi hiç kəs Həcərül-əsvədi təvaf, Gər olmasaydı üzdəki xalın nişanəsi.
Xalına qurban...♡
Behişti verdi Adəm danəyə, mən daneyi-xalə, Olum qoy xaluva qurban özüm mən...
Dün gecə xəttü xalüvə baxdım o qədər kim, Ey zülfi-qarə, gözlərimin getdi qarəsi.
Dün dolandım başına, söylədi pərvanədi bu, Zülfün aldım əlimə, güldü ki, divanədi bu. Həlqeyi-zülfdə gör xali-siyahın, ey dil, Birisi dami-bəladır, birisi danədi bu. Arizi-yarıma bax, yoxdu gər əqlində qüsur, Vaiza, vəsfi-behişt eyləmə, əfsanədi bu.
Reklam
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.