7-Cilddə 1-ci Cild

Seçilmiş Əsərləri I.Cild

Nəriman Həsənzadə

Seçilmiş Əsərləri I.Cild Quotes

You can find Seçilmiş Əsərləri I.Cild quotes, Seçilmiş Əsərləri I.Cild book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Mənim kitabımı ucuz eləyin, tələbələr üçün, fəhlələr üçün, hardasa, lap kasıb bir nəfər üçün, maaşı aşağı olanlar üçün, şəhərdə kirayə qalanlar üçün, oxumaqdan ötrü alanlar üçün, çörək qiymətinə, duz qiymətinə, qoy sonra qalxsın o öz qiymətinə.
SƏNDƏN ÖTƏRİ
Sərvlər içində itdik bir dəfə, sərvlər yanında bitdik bir dəfə. Tökülüb çiyninə saçlar ələndi, dünyaya xurmayı tül səpələndi. İqlimi dəyişdi bir gülüş ətri, yanında darıxdım səndən ötəri. Bu yoldan adlayıb o yola keçdik, buyurhabuyura, “sağol”a keçdik. Baxdım həsrət ilə gözlərinə mən, elə bil, yüz illik bir məsafədən. Ovcumun içində itdi əllərin, yanında darıxdım səndən ötəri...
Sayfa 334
Reklam
Şəhriyar
Salam Şəhriyara, ustada salam! Şəhriyar dediyim bir ada salam! Sirli-sehirliydi ulu təbiət, deyirlər, qeyb olub uçdu Şəhriyar. Könüldən-könülə keçib nəhayət, o taydan bu taya köçdü Şəhriyar. Ruh idi, bədənə köçdü Şəhriyar, Vətəndən Vətənə köçdü Şəhriyar. Ana sevincin var, ey ata könlüm! Arazmı qovuşdu axıb dənizə? Burda Şəhriyarı beşikdə gördüm, orda məqbərəsi sığmır Təbrizə. Nə qədər doğmadı bu səs, o nəfəs, o taylı, bu taylı bir diyar ilə. Millət Şəhriyarsız yaşaya bilməz, şeirim təzələndi Şəhriyar ilə.
Sayfa 173
Bu dəfə bilmirəm nə olub sənə, gedibsən, qayıtmaq yadından çıxıb.
Sən məni bu qədər gözlətməmişdin, belə qoymamışdın gözümü yolda. Bu qədər özünü gizlətməmişdin, gizlənpaç oynayan vaxtımızda da. Hayana getsən də, dönmüşdün yenə, qayıdıb gəlmişdin mənsiz darıxıb. Bu dəfə bilmirəm nə olub sənə, gedibsən, qayıtmaq yadından çıxıb. Qalıb evimizdə palın-paltarın, tələsik gedəndə kimə deyibsən?! Qapının ağzında başmaq tayların, yolda ayağına bəs nə geyibsən?! Solub pianonun üstündə güllər, təzə pərdələri yandırıbdı gün. Sənin bişirdiyin o mürəbbələr içilib qurtarıb, hardasan özün?
SARA... SARA...
Ekranda müğənnilər - italyalı ər-arvad, bir mahnı oxuyurlar: "Sara... Sara" nəqərat! Mənim məhəbbətimi kimsə alıb qələmə, car çəkibdi aləmə.
Gül gətirdim, çiçək qoydum üstünə, gül sənindi, yer sənindi, sən mənim.
Reklam
37 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.