7-Cilddə 1-ci Cild

Seçilmiş Əsərləri I.Cild

Nəriman Həsənzadə

Seçilmiş Əsərləri I.Cild Quotes

You can find Seçilmiş Əsərləri I.Cild quotes, Seçilmiş Əsərləri I.Cild book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Ürəyim ananı istəyir,qızım...
Ürəyim ananı istəyir, qızım, sən yaşa dünyada qəmsiz, kədərsiz. Bir səs qulağıma döz deyir, qızım, Mən dözdüm, yaş ötdü məndən xəbərsiz. Qaşlarım qaradı, saçlarım ağdı, təbiət şəklimi çəkir yenidən.
"Salam verdim, rüşvət deyildir deyə almadılar". Füzuli
Reklam
Yaxşı adamlara keşikçi qoyun, dağılar, çürüyər yoxsa cəmiyyət. N.Həsənzadə
Adət...
Toyda oynadılar, ürək açdılar, sonra gecəyarı dağılışdılar. Yolda gileylandi biri əlbəǝl; -Qız çörək yeyirdi. -Mən ölüm? -Sən öl! - Oğlanı görmüşdüm neçə il əvvəl gəzənin biriydi. - Mən ölüm? -Sən öl! - Onlar evlənsə də yaşayan deyil. Qız on yaş böyükdü. - Mən ölüm? - Sən öl! Ölməyin, ölməyin, yazıqsınız siz, ölsün birdəfəlik bu adətiniz.
HAZIRCAVAB
-Dondurma al. -Soyuqdu, donarsan. -Eybi yoxdu. -Dişin göynər. -Udaram. -Üstün batar. -Tutaram. -Soyuq dəyər. -Qaçaram. -Bərk bükülüb. -Açaram. -Buz kimidi. -Qızdıraq. -Harda? -Qazda. -Yeyim, bax. 1980
Soruşdu bir gün oğlum. -Ata, ağlamısanmi? Döyüblərmi səni heç? Danlayıblarmı səni? Söyüblərmi səni heç? Nə deyim indi, oğlum, eşidərsən sonradan,- özün ata olanda bilərsən ağlayıbmı, gülübmü sənin atan....
Reklam
Geri13
37 öğeden 31 ile 37 arasındakiler gösteriliyor.