7-Cilddə 1-ci Cild

Seçilmiş Əsərləri I.Cild

Nəriman Həsənzadə

En Beğenilen Seçilmiş Əsərləri I.Cild Sözleri ve Alıntıları

En Beğenilen Seçilmiş Əsərləri I.Cild sözleri ve alıntılarını, en beğenilen Seçilmiş Əsərləri I.Cild kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
OLAYDI
Yenə səfərə çıxaydıq, yenə o vaxtlar olaydı. Yenə yuxusuz qalaydıq, o gecə təkrar olaydı. Bir əldən şərbət içəydik, buyur, buyura keçəydik. Oturmağa yer seçəydik, kaş yerimiz dar olaydı. Ürəyimi açıb sənə, yalvaraydım dönə-dönə. Pərişan saç, açıq sinə, göz yenə xumar olaydı. Unudulmaz o haqq-hesab, nə o sevinc, nə o "əzab". Sənə qurban, səndə insaf, məndə ixtiyar olaydı.
Sayfa 345
DÜNYA KİMİSƏN
Bilmirəm kim sənin xətrinə dəyib, dəyişib gördüyüm o üz, o surət. Sənin gözlərində qəm çiçəkləyib, mənim ürəyimdə o qəmə hörmət. Sən elə incəsən, sən elə həssas, fikirin oxunur daim gözündən. Gülüş azaldırdı yaşını bir az, qəm yaşlı göstərir səni özündən. Qar düşür, gün düşür, dərəyə-düzə, ana təbiətin hökmünə əhsən! Gülüş də yaraşır, qəm də bir üzə, gecəli-gündüzlü dünya kimisən.
Sayfa 296
Reklam
QƏRİBLİK
Sən yatırdın... yuxudaydın hələ sən, kim qıyardı gedib vaxtsız oyada. Yer kürəmiz fırlanmırdı deyəsən, zaman bir az ləngiyirdi dünyada. Qanadımı mən üstünə gərirdim, alışırdım gizli-gizli bu oda. Mən ilk dəfə qəribliyi görürdüm, səndən ayrı, amma sənin yanında.
Sayfa 278
TALEYİN SON TÖHFƏSİ
Sənin göz yaşınla, sənin gülüşün hərəsi dünyanın bir çalarıydı. Biri — kölgəsiydi, biri — günəşi, kölgədə üşüyüb, gündə yanırdım. Göz yaşı — bir qadın çağırışıydı, kişiləri kişiliyə çağırış. Gülüşün— bir qəlbin yaz yağışıydı, yaşamaq eşqiydi bəlkə bu yağış?! Dilində şikayət, amma gülürdün, necə qərar tutub od buz içində?! Köhnə divar kimi hey sökülürdün, daş bina kimiydin sən toz içində. Dünya şirin idi, acı deyildi, acılar, şirinlər necə təzəydi! Göz gözün sirrini açıb deyirdi, — biri o birinin xəbərçisiydi. Bilmədim, bu yaşda nəydi günahım, qarşımda bu gülüş, göz yaşı nəydi? Pənah gətirmişdin, mənə, pənahım!- Bəlkə bu taleyin son töhfəsiydi...
Sayfa 91
DAŞ VAXTI DEYİL
Zəmanə dəyişib, ay sənə qurban, tərs kimi yaşın da o vaxtı deyil. Kəsdi düz sözümü əyri gedənlər, dava-dalaşın da o vaxtı deyil. Yüz baş hiylə qurur, bir baş neyləsin, dil-dodaq təpiyib, göz-qaş neyləsin. Buna dost neyləsin, yoldaş neyləsin, dostun-yoldaşın da o vaxtı deyil. Nəriman, ürəyin başqadır sənin, millət hörmətini yaşadır sənin. Kimlər bostanına daş atır sənin, səbr eylə, daşın da o vaxtı deyil.
Sayfa 544
Şəhriyar
Salam Şəhriyara, ustada salam! Şəhriyar dediyim bir ada salam! Sirli-sehirliydi ulu təbiət, deyirlər, qeyb olub uçdu Şəhriyar. Könüldən-könülə keçib nəhayət, o taydan bu taya köçdü Şəhriyar. Ruh idi, bədənə köçdü Şəhriyar, Vətəndən Vətənə köçdü Şəhriyar. Ana sevincin var, ey ata könlüm! Arazmı qovuşdu axıb dənizə? Burda Şəhriyarı beşikdə gördüm, orda məqbərəsi sığmır Təbrizə. Nə qədər doğmadı bu səs, o nəfəs, o taylı, bu taylı bir diyar ilə. Millət Şəhriyarsız yaşaya bilməz, şeirim təzələndi Şəhriyar ilə.
Sayfa 173
Reklam
37 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.