Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Selam Darağacı

Rüstəm Behrudi

Selam Darağacı Hakkında

Selam Darağacı konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
9/10
4 Kişi
13
Okunma
4
Beğeni
1.309
Görüntülenme

Hakkında

Alibey Hüseyinzade’nin, Yusuf Akçura’nın, Zeki Velidi Toğa’nın ,Mustafa Kemal Atatürk’ün ,Memmedemin Resulzade’nin, Nihal Atsız’ın, Alparslan Türkeş’in, Ebülfez Elçibey’in ve Türklük savaşında can vermiş adsız kahramanların ruhuna dua gibi yazdım. Oku ve Türk milletinin büyüklüğüne tazim et. Tazim et ve anla ki, bu gün büyüklüğünden düşürülmüş, yüceliğinden indirilmiş bu milletin sana ihtiyacı var. Türklük savaşında sıra neferi olmaktan büyük mutluluk yok yer yüzünde! Ant olsun Tanrı dağa,Ota, güle, yaprağa. Turan kalkıp ayağa Kılıçlar kına gelmez. Kazanız mübarek olsun!
Tahmini Okuma Süresi: 5 sa. 45 dk.Sayfa Sayısı: 203Basım Tarihi: 2015Yayınevi: Araz Yayıncılık
Ülke: TürkiyeDil: TürkçeFormat: Karton kapak
Türler:
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 57.1
Erkek% 42.9
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

Yazar Hakkında

Rüstəm Behrudi
Rüstəm BehrudiYazar · 5 kitap
Rüstəm Behrudi 1957-ci il sentyabrın 14-də Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. O, 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini C.Cabbarlı adına Biləv kənd orta məktəbində almışdır. 1974-1975-ci illərdə Behruddakı kolxozda işləmiş, elə həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Rüstəm Behrudi 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə çalışmışdır. Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində fəaliyyət göstərmişdir. Yaradıcılığı Bütün ömrünü ədəbiyyata həsr eləmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə 70-ci illərdə başlayıb. O, ilk şeirini orta məktəbdə yazıb. Behrudinin şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap olunub. Şair dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edir. Rüstəm Behrudi yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. Şair "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabının müəllifidir. Onun "Şaman duası" kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə nəşr olunub. 1989-cu ildə yazılmış "Salam, dar ağacı" şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilib. C.Məmmədquluzadəyə həsr elədiyi "Daha gülə-gülə ağlamaq olmur", həbsxana gündəliyindən ibarət "Nəfəs almağı unudan adam" poemaları ədəbiyyatımızın ən gözəl poetik nümunələrindən hesab olunur. "Ölüm, xoş gəldin", "33 yaşımda, yaxud anamın adı Zəhra", "Vətən"(1985), "Söz necə mənə oxşayır", "Gör necə mənə oxşayır", "Ata dili", "Hər şey ayrılıqdan başladı"(1984) və s. şeirlərin müəllifidir. Rüstəm Behrudinin "Ruhumuzun sərhədləri", "Mən də bir vaxt adam idim", "Paylaşılan yalnızlıq-yalnızlıq deyil" publisistika silsilələri təsirli və mənalı esselərdir. "Səs-tənhalığın rəsmidi" adlı essesində Alim Qasımov haqqında düşüncələri öz əksini tapmışdır. Vaqif Cəbrayılzadədən bəhs edən "Vaqif, sənə deyiləsi sözlərimə yağış yağır" essesi məzmunlu bir poetik-publisistika nümunəsidir. "Son bahardan oğluma məktublar" silsiləsindəki esselər ictimai-məzmunu, mahiyyəti etibarilə Rüstəm Behrudinin yaradıcılığının əsas tezislərini səsləndirir.