Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevgi açarı

Ramiz Rövşən

Sevgi açarı Sözleri ve Alıntıları

Sevgi açarı sözleri ve alıntılarını, Sevgi açarı kitap alıntılarını, Sevgi açarı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Səhər ölmək istəyirəm, Gecə ölsəm, bağışla. Bilmirəm necə yaşadım, Necə ölsəm, bağışla.
Bu sevgi deyil ki, bəladı, bəla, Bu dibsiz dənizə bizi kim atdı?! Daha nə sən varsan, nə də mən varam; Sən məndə boğuldun, mən səndə batdım...
Reklam
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik,xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla! "Ölmədim" deyirəm,nə bilim axı, Bəlkə də mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Sayfa 146Kitabı okudu
Səni sənsiz Sevmək.......
Seni sensiz sevmek daha asandi En isti yataqda sensiz usumek, Seni arzulamaq,seni dusunmek Seni sensiz sevmek daha asandi.... Bes seni.özünle sevmek necədi? Nazınla,sözünlə,umu küsünlə, Çatılmış qaşınla,ağlar gözünlə, Turşumuş üzünlə sevmək necədi? Hərdən səndən bezib günlər uzunu Səni küsdürərək sevmək necədi? Sonra bir öpüşlə yumub ağzını Səni susduraraq sevmək necədi?! Səni sənsiz sevmək boş sözdü,boş söz Korun gözündəki eynək kimidi Səni sənsiz sevmək gülü ətirsiz Çırağı işıqsız sevmək kimidi....
Sayfa 70 - 1975-ci ilKitabı okudu
Dəyişdim mən səni görəndən bəri, Mənə nə etdinsə, təkcə sən etdin. Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin.
Çoxdu hirsi, acığı yarı yolda sönənlər. Bir vaxt çırpıb çıxdığı qapılara dönənlər.
Reklam
Onda mən lap cavandım, nə görmüşdüm mən axı? Ömrüm hələ yavandı, yoxdu dərdim, günahım.
Hərə öz dərdini apardı getdi, Bəs niyə dərdimiz azalmadı heç?
Niyə Leyli-Məcnun ola bilmədik? Onlardan nəyimiz axı pis oldu? Biz sevgi yolunda ölə bilmədik, Ölən biz olmadıq, sevgimiz oldu.
Reklam
Nə çiçək verməyə bir kimsəmiz var, Nə bur kimsəmiz var çiçək ummağa.
Səhər ölmək istəyirəm, Gecə ölsəm, bağışla. Bilmirəm necə yaşadım, Necə ölsəm, bağışla. Tanrıdan bəxt borc alsaydım, Sənə də saxlayardım. Ağlamağı bacarsaydım, Sənə gün ağlayardım. Gizli ölmək istəyirəm, Xəbər tutsan, bağışla. Qorxuram unutmayasan, Yox, unutsan, bağışla. Qışda ölsəm, qəm eləmə, Yerim isti olacaq. Ruhum uçub cəhənnəmə Gedən tüstü olacaq. Səssiz ölmək istəyirəm, Səsim gəlsə, bağışla. Sənsiz ölmək istəyirəm, Sən də ölsən, bağışla!..
Sayfa 121Kitabı okudu
Yuxulu gözlərin yuxu görürdü, Sən özün ən şirin yuxuydun ancaq. Yuxulu gözlərin yuxu görürdü, Mən sənin yuxunda yoxuydum ancaq.
Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin. Burda təkçə səni qazanmışam mən, Bəxtim öz işini bilirmiş demə. Yüz yol bu şəhərdə yol azmışam mən, Bütün yollar sənə gəlirmiş demə.
Bilmirəm mən səni haçan, harda itirdim? Yağış yudu, yoxsa ki, külək apardı səni? Bu sevgi nağılını mən biryolluq bitirdim, Axtarmıram – axtarsam, yəqin, tapardım səni.
441 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.