Sevil Quotes

You can find Sevil quotes, Sevil book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
SEVIL: Namus! Ha… ha… Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi.
“Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər. Qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir”.
Reklam
Fahişəliyin cinsiyyəti yoxdur.
Namus! Ha... ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. Lakin biz, biz bir lampalıq neft, bir parçacıq çörək, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda, bütün bayquşlar səs-səsə verib, dörd bir yandan: “fahişə, fahişə”, – deyə ulaşırlar. Halbuki sən mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də əlimdə su, qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın. Bilmək istəyirdim ki, sənin adın nə olur? Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə də deməyə dilim yox idi. İndi isə üzünə deyirəm: fahişə!
Həyat yolu uçurum üstündə çəkilmiş dar bir körpüdən keçir. Geriyə yol yoxdur, qayıtmaq olmaz, yol ancaq irəliyədir!
Bu, həyatın amansız qanunudur. Bu gün dünəni bəyənmir, sabah bu günü bəyənmir.
Qadın=namus, qeyrət(kişinin isə namusdan xəbəri yox)
Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər, qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu, kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisədir."
Sayfa 45 - Hərkəsə aid deyil təbii ki
Reklam
342 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.