Sevil Reviews

You can find Sevil reviews, Sevil book reviews, Sevil ratings on 1000Kitap.

Score

9Out of 10
109 People · 19 Review
47 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 24 hours
Öz ədəbiyyatımız üçün çox darıxmışdım və buna görə "Sevil" i oxumaq istədim. Sovet ideologiyası açıq şəkildə hiss olunsa da, günümüzün ən ümdə, aktual məsələlərindən birini ələ aldığından, hal-hazırda da öz təsirini itirməmişdir. SEVIL: Namus! Ha… ha… Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Bu dialoq çox xoşuma gəldi. Qadınla birgə kişinin də namusunu xatırladır, günümüzdə bunu çoxları unutmuşkən. Kiçik və sadə dillə yazılmış bir səhnə əsəridir. Bəzi yerlərini ifrat qəbul etsəm də, demək olar ki, qatılıram əsərin ideyasına. Cahil din və namus köləsi amma namuslu bir kənd qızının oxuyaraq necə savadlı, təhsilli birinə çevrildiyini görürük sonda. Bir incə məqama da toxunulduğunu hiss etdim, oxumaq o demək deyilki namussuzlaşa bilərsən, ya da azadlıq o demək deyil ki, namussuz ola bilərsən.
Sevil
Sevil
Cafer Cabbarlı
Cafer Cabbarlı
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928343 okunma
59 syf.
9/10 puan verdi
Qadın azadlığı...
Sevil pyesi barədə orta məktəbdən bəri məlumatım olsa da, oxumaq heç ağlıma gəlməmişdi. Çox rahat, sadə dildə yazılmış əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün ideologiyasının təsiri kitabda hiss edilsə də, əsərin əsas məğzi hələ də öz aktuallığını itirməmişdir. 21-ci əsr də yaşasaq da hələ də bir çox ailələr də qadın
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928343 okunma
Reklam
8/10 puan verdi
2 ildən sonra ilk dəfə idi ki milli ədəbiyyatımızı oxuyurdum, əsər mənə abituriyent olduğum zamanlar hazırlıq yoldaşlarımla rollu şəkildə oxuduğumuz pyesləri xatırlatdı :’) Həmin dönəmdə yazıldığı üçün əsərdə sovet dövrü ənənələrinə də yer verilmişdir və burada qadın azadlığına qoyulan məhdudiyyətlər, onlara cəmiyyətdə yer verilməməsindən bəhs edilir və yazıçı Sevil obrazının timsalında bu mübarizəyə necə qalib gəlməsini qələmə alıb. Həmin dönəmdə qadının kişilərlə oturub-durmağı, rus dilində danışması və həmçinin yüksək təbəqə nümayəndəsi olması onun cəmiyyət tərəfindən qəbul olunması üçün yetərli səbəbdir. Hadisələrin gedişatının hələ də aktual olması isə əsəri daha da oxunaqlı edir. Yeri gələndə güldürür, amma bu satirik gülüşdür.
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928343 okunma
47 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 10 hours
Sevil pyesi ilk tanışlığım babamın mənə "Ay Şahin mənim hekayəmi heç oxumusan?" deməyi ilə başladı. (P.S babamın adı Balaşahdı qısaca Balaş). Beləcə kitabı alıb oxumağa başladım. Sevil —1928-ci ildə Azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyesdir. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxat ənənələr üzərindəki qələbəsindən bəhs edir. Çox rahat, anlaşılan dildə yazılmış, oxunaqlı əsərdir. Qadın azadlığı haqqında yazılmış bu əsərdə sovet dövrünün, ideologiyasının təsiri (din, sosializm barədə qeyd edilənlər) hiss edilsə də, əsər mövzu baxımından öz aktuallığını hələ də itirməmişdir. Çox təəssüf ki, yazılmasından 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də aktual olması yəqin ki, bir faciədir.
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928343 okunma
47 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 1 hours
Namus, əxlaq nədir bu namus əxlaq? Sadəcə qadınlar üçün var olan bir şeydir mi?.. Qadınları bu cür kiçik görən insanlar nə yazıq ki hələ də var. Oxuduqca görürük ki, bir zamanlar yaşadığlarına görə gülünc mənbəyi olan Sevil, zaman keçdikdə özünü inkişaf etdirib, hər şeyi anlayan bir qadın olur. Təəssüflər olsun ki hələ də keçmiş Sevilin düşüncəsində olan qadınlar indi də var. Ümid edirəm ki bir gün onlar da Sevil kimi öz dünya görüşünü dəyişər. Oxumağı tövsiyyə edəcəyim bir kitab oldu. Oxumaq istəyənlərə xoş mütaliətlər:)
Sevil
SevilCafer Cabbarlı · ŞƏRQ-QƏRB · 1928343 okunma
Reklam
19 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.