Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şeytanın Kitabı

Qaraqan

Şeytanın Kitabı Sözleri ve Alıntıları

Şeytanın Kitabı sözleri ve alıntılarını, Şeytanın Kitabı kitap alıntılarını, Şeytanın Kitabı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İnsanlar çok garip yaratıklar. Kendilerinden daha zayıf olanları sevmezler, kendilerinden daha güçlü olanlardan nefret ederler, kendileri gibi olanlarla ilgilenmezler..
Dedim ki, "Peki, eğer bir Tanrı varsa, neden? gelip bize kendini göstermiyor ? “ "Biz bunu hak ediyor muyuz?" dediler. “
Reklam
Sevginin səbəbsiz yaranıb səbəbsiz yox ola bilmə xüsusiyyəti məni yaman qorxutmuşdu. Deməli mən yenidən kiməsə vurula bilərdim və yenidən sevgimiz ölə bilərdi. Deməli kimsə məni sevə bilər və mənim heç bir günahım olmadan sevgisi sadəcə bitə bilər. Bu qorxulu idi. Bu həqiqət idi. Bilirəm, çox adamın həyatında belə şeylər olur. Amma heç kəs düşünmür bu haqda. Hər dəfə kimisə sevir və elə bilirlər ki, bu elə onların əsl sevgisidir. Və bir neçə vaxtdan sonra eyni hadisələr təkrarlanır. Sən unutmağa başlayırsan. Sən öyrəşirsən. Qızıl gülü yeddi dəfə tam dərindən iyləyəndən sonra səkkizinci dəfə qoxulasan heç bir iy gəlməyəcək. Yox, gülün iyi bitmir, sadəcə sinirlərimiz ona öyrəşir və beyinə impuls göndərmir. Sevgi də eləcə. Az bir vaxtda sehrli bildiyin hisslər adi bir şeyə çevrilir.
Üç saatlıq imtahan sizin gələcək 4 ildə hansı fakültədə oxumağınız, kiminlə eyni sinifə düşməyiniz və 4 il hansı küçə ilə getməyinizi həll edir. 15 dəqiqəlik viza görüşündə siz gələcək bir neçə illik həyatınızın hansı ölkədə keçəcəyini müəyyənləşdirirsiniz. Bir musiqiçi 3 dəqiqəyə yazdığı mahnı ilə uzun illər səhnələrdən düşmür. Yarım saatlıq cərrahiyyə əməliyyatı sizin bütün həyatınızı dəyişir. Böyük bir firmada işləyəcəyinizi 15 dəqiqəlik söhbət müəyyənləşdirir. Avtomobil alanda ikicə dəqiqəlik seçim edirsiniz, bu qərar sizi qəzadan qoruya bilir. Bir neçə saniyədə atdığınız imza ilə siz uzun ömrlü bir ailə quracaqsızın. Görəsən bir neçə günə oxuyub bitirəcəyiniz kitab sizin həyatınızda nə qədər dəyişikliklər edəcək?
Qızılgülü yeddi dəfə tam dərindən iyləyəndən sonra səkkizinci dəfə qoxulasan heç bir iy gǝlməyəcək. Yox, gülün iyi bitmir, sadəcə sinirlərimiz ona öyrəşir və beyinə impuls göndərmir. Sevgi də elǝcə.
Sayfa 64 - AyanKitabı okudu
- Biz uşaq vaxtı elə bilirdik ki, zənbildən çıxmışıq... Mən bu yalana düz on il inanmışdım. O biri on ili mən inanırdım ki cənnət var. - Bəs indi, bəs indi nəyə inanırsan ? - İndi heç nəyə inanmıram...
Reklam
Üç saatlıq imtahan sizin gələcək 4 ildə hansı fakütlətə oxumanız, kimlə eyni sinifə düşməyiniz və 4 il hansı küçə ilə getməyinizi həll edir. 15 dəqiqəlik viza görüşündə siz gələcək bir neçə illik həyatınızın hansı ölkədə keçəcəyini müəyyənləşdirirsiniz. Bir musiqiçi 3 dəqiqəyə yazdığı mahnı ilə uzun illər səhnələrdən düşmür. Yarım saatlıq cərrahiyyə əməliyyatı sizin bütün həyatınızı dəyişir. Böyük bir firmada işləyəcəyinizi 15 dəqiqəlik söhbət müəyyənləşdirir. Avtomobil alanda ikicə dəqiqəlik seçim edirsiniz, bu qərar sizi qəzadan qoruya bilir. Bir neçə saniyədə atdığınız imza ilə siz uzun ömrlü bir ailə quracaqsızın. Görəsən bir neçə günə oxuyub bitirəcəyiniz kitab sizin həyatınızda nə qədər dəyişikliklər edəcək?
bizim uzun həyatımız əslində bir neçə vacib günün qərarlarından asılıdır.Kitabı okudu
Bilməyənlər danışır, bilənlər isə susur...
Biz İnsanlıq xəstəliyinə tutulmuş heyvanlarıq.
Sayfa 211 - DanielKitabı okudu
Insanlar çox qəribə varlıqdır. Onlar özlərindən zəif olanları sevmir, özlərindən güclü olanlara nifrət eləyirlər, özləri kimiləri isə onlara maraqsızdır. İnsanlar yalnız özlərini və özləri üçün olanları sevəcəklər.
Reklam
Əgər həyat yalnız bu dünyadadırsa onda o çox ədalətsizdir.
Sayfa 40 - MikayılKitabı okudu
Standart həyat
Avtomobilimizin rəngi, onun oturacaqlarının dərisi, telefonumuzun mahnıları, ofisimizdəki açılıb-bağlanan jalüzilər, içki növləri, kreditə satılan texnika, müdirimizin xoşladığı qalstuk, qələbə günü, matəmlər, sevgililər günü, 1 aprel, Novruz, Yeni il... Bu da bizim oyuncaqlarımız.
Hər gün həyatın yanımdan ötüb keçdiyini görüb nə qədər kiçik olduğumu anlayıram
Sayfa 39 - MikayılKitabı okudu
Biz İnsanlıq xəstəliyinə tutulmuş heyvanlarıq. Özümüzü üstün hesab edirik. Əvvəllər heyvanlar bizdən güclü olanda mağaralarda onların heykəllərini ilahiləşdirirdik. Heyvanlar insanlardan üstün idi.Boz qurd totemi, İnək totemi... İndi isə heyvanlardan asılı olmadığımız üçün İnsanları ilahiləşdirmişik.Müqəddəslər, peyğəmbərlər, alimlər.Birazdan texnika bizi ötəndən sonra robotları ilahiləşdirəcəyik.
Sayfa 211Kitabı okudu
Mən söz verə bilmirəm. Söz verənlərə də inanmıram. Çünki bu hiss illuziyadır. Hiss edəndə hiss edirsən, etməyəndə də etmirsən. Necə demək olar ki, mən həmişə filankəsi sevəcәm? Məncə,insan ən çox sevdiyi insanı da unuda bilər.
434 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.