Şəhərcik Quotes

You can find Şəhərcik quotes, Şəhərcik book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
- Bir var əbədiyyət, göy kimi, dağ kimi, Xəzər kimi, Tanrı kimi... Bir də var əbədiyyətin zərrələri .. ağac, ot, çiçək, yarpaq və bədbəxt insan... Bunlar tez doğulub, tez də solan, amma əbədiyyətdən payı olan varlıqlardır... Yazıq ki, bizdə bu zərrəciklər də yox olmaq üzrədir. Net bir şəkildə əriyir bu əbədiyyət nişanələri.Təsəvvür elə ki, göy üzündə birdəncə bütün ulduzlar sönür.. Nə qalır göydə? Ay? Qala bilməz, o da ulduzların qidalandığı işıq mənbəyinə möhtacdır. Günəş? O heç qala bilməz! Axı göydəki digər bütün cismlərə işığı, istiliyi, enerjini o verir. Demək bütün kainat bir rəngə - qaraya, zülmətə tabe olacaq.
Sayfa 176
Mənim cv ))
Onu deyim ki, mükəmməl bildiyim heç nə yoxdu. Amma bilmədiyim şey də olmayıb indiyənəcən. Hər şeydən bir az bilirəm. Elə o bir azlar yığışanda mən oluram.
Sayfa 6
Reklam
Nə gözəl deyib, Mevlana :
"Bütün eyibləri örtən gecə kimi ol."
Sayfa 236
Necəydi o naməlum müəllifin kəlamı? "Sevinc və kədər arakəsməsi nazik qonşu otaqda yaşayır. Sevinəndə bərkdən gülmə ki, kədərim oyanar."
Sayfa 240
Tanrı bu dünyanı yaradanda hər şey üstü açıq idi. Sərhədsiz torpaq heyvanların, su yosunların və balıqların, göy quşlarındı. Və insanı atdı bu dünyaya. O gələn kimi ilk olaraq sərhədləri cızdı, sonra bir sıra ayıb şeylərin üstünü örtdü. Çılpaq insan ayıb yerlərini örtməklə bütün ayıbları gizlətdiyini sandı. Onun törətdiyi yeni-yeni ayıblarsa bəşəriyyətin utanc yerinə döndü.
Yadında saxla, kapitan batan gəmini axırıncı tərk etməlidir.
Sayfa 223
Reklam
Adımı soruşanlara verdiyim cavab ))
Adımı heç kim bilmir. Vallah, heç özüm də unutmuşam əsl adımı.
Sevgisiz heç nə yoxdur həyatda. Varsa, o elə heç nədir.
Sayfa 291
İnsan qəribə məxluqdur. Necə ki, bu dünyadadır, əlinin üstündə əl yoxdur, ondan asılı adamlar var, özünü əbədi sanır.
Sayfa 226
Səni başqa qadınlardan fərqləndirən bir sıra şeylərin ən birincisi bu cür gülməyindi.And olsun o gülüşə ki, mən bunu heç kimdə görməmişəm və səndən ayrıldığım bu müddətdə heç görmədim də...
Sayfa 286
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.