About Şəhərcik

Şəhərcik subject, statistics, prices and more here.

About

“Şəhərcik” yazıçı Azad Qaradərəlinin sayca üçüncü romanıdır. Müəllif əsərdə günümüzün ən önəmli problemi olan insanın özünün, onun yaşadığı şəhərinin, ölkəsinin get-gedə kiçildiyini, əsl insani bağların daraldığını önə çəkmiş, insanların bir göz qırpımında heyvani şəklə düşdüyünü, onların əslində göründüyü kimi olmadığını, hət­ta yedikləri qidanın belə saxtalığını onlara göstərməklə bəşəriyyəti nələrin təhdid etdiyini verməyə çalışmışdır. Ən pisi odur ki, bütün bunların bir səbəbi öz ilkinliyini, ba­kirəliyini itirmiş təbiət və mühitdirsə, o biri səbəbi heyvani hisslərinə aşırı bağlılığı ilə seçilən insanların özləridir. Əsərin həm qorxunc, həm də düşündürücü bir süjet xətti var: bir gün romanın qəhrəmanı olan Ağaquliyev sə­hər oyanır və görür ki, şimpanze kimi qapqara qılın, tükün içindədir… Elə bütün qeyri-adi, inanılmaz hadisələr də bundan sonra baş verir. Romanda bir fikrə iki münasibət görsəniz, təəccüblən­məyin. Nədən ki, əsərin həm “Müəllifdən” hissəsində (baş­lıqda), həm də içərilərində rastlaşacağınız özünün ikinci müəllif olduğunu iddia edən biri də var və o bildirir ki, əslində əsəri özü yazıb, sadəcə başqasının adıyla çap olunur. Bir sözlə, qeyri-ənənəvi üslubda yazılan bu romanda oxucunu çoxlu sürprizlər gözləyir.
Türler:
Estimated Reading Time: 9 hrs. 18 min.Page Number: 328Publication Date: 2014Publisher: Qanun Nəşriyyatı
ISBN: 9789952267419Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak
Reklam

About the Author

Azad Qaradərəli
Azad QaradərəliYazar · 2 books
Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur. Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır. Dörd roman müəllifi olan A.Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.