Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Şəhərcik Gönderileri

Şəhərcik kitaplarını, Şəhərcik sözleri ve alıntılarını, Şəhərcik yazarlarını, Şəhərcik yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bəzən belə də olur..
İnanırsan? Çox istərdim xoşbəxt olmağını. Mən? Məndən nigaran olma..
Sayfa 291
Sevgisiz heç nə yoxdur həyatda. Varsa, o elə heç nədir.
Sayfa 291
Reklam
Səni başqa qadınlardan fərqləndirən bir sıra şeylərin ən birincisi bu cür gülməyindi.And olsun o gülüşə ki, mən bunu heç kimdə görməmişəm və səndən ayrıldığım bu müddətdə heç görmədim də...
Sayfa 286
Necəydi o naməlum müəllifin kəlamı? "Sevinc və kədər arakəsməsi nazik qonşu otaqda yaşayır. Sevinəndə bərkdən gülmə ki, kədərim oyanar."
Sayfa 240
Nə gözəl deyib, Mevlana :
"Bütün eyibləri örtən gecə kimi ol."
Sayfa 236
İnsan qəribə məxluqdur. Necə ki, bu dünyadadır, əlinin üstündə əl yoxdur, ondan asılı adamlar var, özünü əbədi sanır.
Sayfa 226
Reklam
Yadında saxla, kapitan batan gəmini axırıncı tərk etməlidir.
Sayfa 223
Xatırlamaq da cinayət deyil ki?
Sayfa 214
- Bir var əbədiyyət, göy kimi, dağ kimi, Xəzər kimi, Tanrı kimi... Bir də var əbədiyyətin zərrələri .. ağac, ot, çiçək, yarpaq və bədbəxt insan... Bunlar tez doğulub, tez də solan, amma əbədiyyətdən payı olan varlıqlardır... Yazıq ki, bizdə bu zərrəciklər də yox olmaq üzrədir. Net bir şəkildə əriyir bu əbədiyyət nişanələri.Təsəvvür elə ki, göy üzündə birdəncə bütün ulduzlar sönür.. Nə qalır göydə? Ay? Qala bilməz, o da ulduzların qidalandığı işıq mənbəyinə möhtacdır. Günəş? O heç qala bilməz! Axı göydəki digər bütün cismlərə işığı, istiliyi, enerjini o verir. Demək bütün kainat bir rəngə - qaraya, zülmətə tabe olacaq.
Sayfa 176
Bir gün olmayacam mən Elə sən də olmayacaqsan - əlbəttə mənimçün. Bu göy üzü də olmayacaq - olacaq əslində, amma ikimizçün olmayacaq..
Sayfa 120
Reklam
İki şey ruhumuzu yaxar: danışmaq gərəkirkən susmaq, susmaq gərəkirkən danışmaq.
Sayfa 84
Adımı soruşanlara verdiyim cavab ))
Adımı heç kim bilmir. Vallah, heç özüm də unutmuşam əsl adımı.
Naxçıvan♡
-Naxçıvanda olmusuz? -Xeyr, olmamışam. - Bilirsiz, orda qəribə aura var... Adam o torpağa ayaq basanda elə bil özünə inamı artır. Mən bunu özüm şəxsən müşahidə eləmişəm. Bəlkə elə buna görədir ki, Azərbaycanın ən azadfikirli və qoçaq adamları burda yetişib...
Sayfa 61
Tanrı bu dünyanı yaradanda hər şey üstü açıq idi. Sərhədsiz torpaq heyvanların, su yosunların və balıqların, göy quşlarındı. Və insanı atdı bu dünyaya. O gələn kimi ilk olaraq sərhədləri cızdı, sonra bir sıra ayıb şeylərin üstünü örtdü. Çılpaq insan ayıb yerlərini örtməklə bütün ayıbları gizlətdiyini sandı. Onun törətdiyi yeni-yeni ayıblarsa bəşəriyyətin utanc yerinə döndü.
Günahı quyunun dərinliyində bilirsən, bəs ipinin qısalığına nə deyirsən?
Sayfa 7
24 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.