Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Əsir Düşərgəsi Quotes

You can find Əsir Düşərgəsi quotes, Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Kişilər ən çox darda olan qadınlarına "Qorxma, mən yanındayam!" deyə bilməyəndə sınır.
Elbrus qarşısında dayanan kapitana baxdı. Bu, 1986-cı ildə Xankəndidə dişini çəkdirdiyi Valerik həkim idi. O vaxt hətta tanışlıqlarını süfrə arxasında qeyd etmişdilər. Valerik Elbrusu tanıması haqda heç kimə heç nə demədi, amma öldürülməyinə də icazə vermədi. Valerikin maşınına minəndə Elbrus onu ölümün ağzından alan kapitanla nə zamansa bir süfrə arxasında oturduğu günü xatırladı: "Düşmən olanda nə olar, hamısı pis deyil ki... Aralarında insan olanı da var. Bir süfrədə kəsilən çörəyi unutmayanı da var. Altı il əvvəl haradan ağlıma gələrdi ki, gün gələcək, bu çörək məni ölümdən xilas edəcək... Deməli, lap düşmənlə də olsa, kəsilən çörək hеҫ vaxt itmir..." Bir zamanların peşə məktəbi, indinin isə hərbi qərargahı olan binaya çatanda, Valerik maşından düşüb hərbçilərə tapşırıq verdi: Maşındakı türkün necə lazımdırsa, qullugunda dayanın. Biz nə zаmansa çörək kəsmişik. Elə edin ki, bir süfrə arxasında yediyimiz çörək onun gözündən tikə-tikə gәlsin. Elbrusu sürüyüb atdıqları zirzəmidə o qədər döyür, incidir, işgəncə verirdilər ki, öz-özlüyündə müəyуən edə bilmirdi: diş həkimi onu ölümdən xilas etməklə yaxşılıq edib, yоxsa?.. Bəlkә, elə o divarın yanında güllələnib, qanının o biri soydaşlarının qanına qarışması daha yaxşı ölüm idi, nəinki burada...
Reklam
Kaş öləydim... Əsirlikdə on il yaşamaqdansa.. Azadlıqda 10 dəqiqə yaşamaq yaxşıdır...
Artıq doqquz ay idi ki, əsir olan İlham ermənilərlə çox tez dil tapa bilmiş, əməkdaşlığa başlamışdı. Elə buna görə də 23 yaşlı gənci azərbaycanlı əsirlərə başçı təyin etmişdilər. İlham əsirlərə hədə-qorxu gəlir, onlara ağlagəlməz işgəncələr verir, bəzi hallarda isə bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur edirdi. Bu amansız işgəncələrin nəticəsində bir əsir hətta ölmüş, digəri isə görmə qabiliyyətini itirmişdi...
Qaçış planı
Xəqani Marksa işarə elədi: - Çıx! - Yox, birinci sən! - İncimə, məni ilk dəfə bunlara özümüzünkü satıb. Həm də bir tikə çörəyə. Artıq heç kəsə inanmıram! Arxamca qışqırmayacağını haradan bilim? - Axı... Axı hasarın üstündəki məftillərə elektrik buraxırlar... - A kişi, mən bu xarabadan xilas olmaq üçün düz bir ildir yollar axtarıram! Hər küncü-bucağı ölçüb biçmişəm. Çıx deyirəmsə, çıx! Şuşaya baxma, burada məftillərə elektrik buraxmayıblar, yoxlamışam. Sadəcə tikanları var. Cəhənnəmə olsun...
Əsirləri döyməyə yaralarından təpikləyərək başlayırdılar...
Reklam
112 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.