Əsir Düşərgəsi

Vüsalə Məmmədova

Əsir Düşərgəsi Quotes

You can find Əsir Düşərgəsi quotes, Əsir Düşərgəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Artıq doqquz ay idi ki, əsir olan İlham ermənilərlə çox tez dil tapa bilmiş, əməkdaşlığa başlamışdı. Elə buna görə də 23 yaşlı gənci azərbaycanlı əsirlərə başçı təyin etmişdilər. İlham əsirlərə hədə-qorxu gəlir, onlara ağlagəlməz işgəncələr verir, bəzi hallarda isə bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur edirdi. Bu amansız işgəncələrin nəticəsində bir əsir hətta ölmüş, digəri isə görmə qabiliyyətini itirmişdi...
Kaş öləydim... Əsirlikdə on il yaşamaqdansa.. Azadlıqda 10 dəqiqə yaşamaq yaxşıdır...
Reklam
- Şuşanı mənim dədəm-babam tikib, indi yandırırıq, yaxşı edirik. O vaxt Pənah xan Şuşanı abadalşdırmaq üçün İrəvan xanlığından yüz usta gətiribmiş. O qədər əziyyət çəkib işləyiblər. Görmüsən, bilirsən nələr tikiblər. Axırda xanınız razı qalıb soruşub ki, məndən nə istəyirsiniz, verim. Erməni ustaları da deyib ki, bizə torpaq ver, buralarda yaşayaq. Sizin xan əlini dərəyə, yəni bura, Xankəndinə uzadıb deyib ki, verdim, gedin oralarda yaşayın, amma burada yox. Zamanında sizin xanınız bizə - böyük erməni xalqına layiq olduğumuz yerdə yer göstərsəydi, bu gün bir belə qan axmazdı.
Ağır xəstə olduğu üçün yataqdan qalxa bilməyən yaşlı sakinlərin ikisi israrla yanlarında qalmaq istəyən övladlarını bu hüznlü köçə qoşulmağa məcbur etdi. Qarının da, kişinin də övladları onları yataqlarında qoyub, üzlərindən öpüb, halallıq aldılar. Bu, yer üzündəki ən kədərli vidalaşma idi...
Sayfa 162Kitabı okudu
- Qoşqar yazığın bədənində, üzündə, dilində dəfələrlə siqaret söndürüblər. O günlərin izləri bu günə qədər də bədənində qalır. Girovluqdan qayıdandan sonra düz bir il qohumlara yalvarıb, onu döymələrini istəyirdi. Bədəni, ruhu hər gün amansız işgəncələrə, zərbələrə elə alışmışdı ki, "döyülmədən dayana bilmirəm" deyirdi.
Sayfa 232Kitabı okudu
Elbrus qarşısında dayanan kapitana baxdı. Bu, 1986-cı ildə Xankəndidə dişini çəkdirdiyi Valerik həkim idi. O vaxt hətta tanışlıqlarını süfrə arxasında qeyd etmişdilər. Valerik Elbrusu tanıması haqda heç kimə heç nə demədi, amma öldürülməyinə də icazə vermədi. Valerikin maşınına minəndə Elbrus onu ölümün ağzından alan kapitanla nə zamansa bir süfrə arxasında oturduğu günü xatırladı: "Düşmən olanda nə olar, hamısı pis deyil ki... Aralarında insan olanı da var. Bir süfrədə kəsilən çörəyi unutmayanı da var. Altı il əvvəl haradan ağlıma gələrdi ki, gün gələcək, bu çörək məni ölümdən xilas edəcək... Deməli, lap düşmənlə də olsa, kəsilən çörək hеҫ vaxt itmir..." Bir zamanların peşə məktəbi, indinin isə hərbi qərargahı olan binaya çatanda, Valerik maşından düşüb hərbçilərə tapşırıq verdi: Maşındakı türkün necə lazımdırsa, qullugunda dayanın. Biz nə zаmansa çörək kəsmişik. Elə edin ki, bir süfrə arxasında yediyimiz çörək onun gözündən tikə-tikə gәlsin. Elbrusu sürüyüb atdıqları zirzəmidə o qədər döyür, incidir, işgəncə verirdilər ki, öz-özlüyündə müəyуən edə bilmirdi: diş həkimi onu ölümdən xilas etməklə yaxşılıq edib, yоxsa?.. Bəlkә, elə o divarın yanında güllələnib, qanının o biri soydaşlarının qanına qarışması daha yaxşı ölüm idi, nəinki burada...
Reklam
Elbrus atasının yanında dayanmış gənc, şux, dolu bədənli qızdan gözünü çəkə bilmirdi. Əsirlikdən qayıdandan sonra bu qızı axtaracaqdı. Məlum olacaqdı ki, qız girovluqdan qayıdandan bir neçə gün sonra özünü Şamaxıdakı bir qayadan atıb öldürüb...
Əsirləri döyməyə yaralarından təpikləyərək başlayırdılar...
Müəllifdən
"Əsir düşərgəsi" layihəsi çərçivəsində yayımlanan hekayələrdə yalnız həmsöhbətlərimin yazılmasına icazə verdiklərini oxuyacaqsınız... İçimizə əmanət etdiyimiz təfərrüatlar isə, onlara söz verdiyim kimi, biz həyatda olmayandan sonra dərc olunacaq...
Ağsaqqal bir adamın ailəsindən, uşaqlarından kənarda, girovluqda soyuducuda saxlanılıb, döyülüb, sonra şişib həyatla vidalaşması çox acınacaqlı ölüm idi... Hamını eyni aqibət gözləsə də, ölümlər fərqli olur. Amma yer üzündəki bütün əsirlərin ölümü öz qorxuncluğu və talesizliyi ilə eyni dərəcədə dəhşətlidir.
Sayfa 187Kitabı okudu
112 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.