Sirlər Xəzinəsi

Nizami Gəncəvi

Sirlər Xəzinəsi Sözleri ve Alıntıları

Sirlər Xəzinəsi sözleri ve alıntılarını, Sirlər Xəzinəsi kitap alıntılarını, Sirlər Xəzinəsi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mən bir az öz işimdə ustalaşandan sonra, Yüz iş görürəm, lakin biri haqqında da danışmıram. Get, sən zəmanənin məftunu olmusan, Bir iş görməmiş min dəfə o haqda danışırsan.
Sayfa 231Kitabı okudu
Sənə dost kimi görünən kəsi, Ürəyin inkar edirsə, deməli, o, sənə düşməndir. Bədən hardan tanıya bilər ki, sənə dost kimdir, Yalnız ürək agah ola bilər ki, vəfalı dost kimdir.
Sayfa 213Kitabı okudu
Reklam
Qayğıya kor baxan, əzab verməyi sevəndirlər, Eyibləri sadalayıb, şikayət yazandırlar. Dil şirinliyini ağızlardan alıb ağızlarına öyrətmişlər, İçlərində isə kini düyün-düyün düyünləmişlər. Üzdən istidirlər, lakin ürəkləri buz kimi soyuqdur, Diribaşdırlar, lakin özləri ürəklərindən də ölüdürlər.
Sayfa 207Kitabı okudu
Sənin ağlın bir candır, sən isə onun cismisən, Sənin canın bir xəzinədir, sən isə onun tilsimisən.
Sayfa 207Kitabı okudu
Bədən dediyin tozlanıb dağılan bir ovuc torpaqdır, Yalnız qəlb, yenə də qəlb, çünki söz qəlbdədir.
Sayfa 134 - QanunKitabı okudu
Hər kimin gözəl hünəri görməyə gözü yoxdur, Nöqsan və eyib axtarmaqdan başqa bir işləri yoxdur.
Sayfa 229Kitabı okudu
Reklam
683 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.