Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səndən Gözəl Olmasın

Səddam Laçın

Səndən Gözəl Olmasın Sözleri ve Alıntıları

Səndən Gözəl Olmasın sözleri ve alıntılarını, Səndən Gözəl Olmasın kitap alıntılarını, Səndən Gözəl Olmasın en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Unudulan qadın
Göz yaşını qurutmağın yanında Bir dənizi qurutmağa nə var ki Dərd eləmə, qurban olum dərdinə Unut məni, unutmağa nə var ki *** Mən ki sənin sevmədiyin adamam
Bir qarışlıq adam
Günəşi görmək üçün gecə baxırsan göyə… Hamı sənə kor deyir, necə baxırsan göyə? Çox qarışıq adamsan *** Biz isə ağıllıyıq, hər şeyi “düz” bilirik
Reklam
Özünə vəsiyyət
Sevdin, sevilmədinmi? Özünü oda atma. Dərhal ordan uzaqlaş Alışmayasan, şair. ***
Səndən Gözəl Olmasın
Mən səni neynirəm ki… Sən olsan da sevirəm, olmasan da sevirəm Ey dodağı yasəmən, yanaqları qızılgül Qorxma payız gələndə Sən solsan da sevirəm, solmasan da sevirəm *** Sən sev deyə sevmirəm… Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm Sizin sevgiləriniz, bu gün olur, sabah yox. Mən sevəndə bir ömür ayrılıqsız sevirəm *** Mən səni neynirəm ki… Sən olmayan günlərin Hər günü bir şeirdi, hər günü bir qəzəldi Səndən gözəl olmasın, sənsizlikdə gözəldi
Kişi unutqanlığı
Bir qadın unutmuşam… Göz rəngi yadımdadı, gözün xatırlamıram. Bir qadın unutmuşam… Səsi qulağımdadı
Qadınsan
Yaman kövrək olmuşam, ürəyim dərd tapalı Bir bəhanə tap qayıt, sən ki, gözü qapalı İnandığım qadınsan Heç kəsim yoxdur axı, dərdimi ovutmağa Göz-gözə gəlmək nədi, əllərindən tutmağa Utandığım qadınsan Sən ayrısan əzizim, ifadə etmək olmur Gözlərindən uzağa gördüm ki, getmək olmur Dayandığım qadınsan Səndə həqiqət tapıb, inanmışam sevgiyə Hər doğulan günəşlə daha çox sevim deyə Oyandığım qadınsan
Reklam
Kəpənək ömrü
Dolaşıqdı insan ömrü Qəmi düşür dəm vaxtına Dəmi düşür qəm vaxtına Keşməkeşdi insan ömrü Neçə-neçə gözlər düşür Neçə-neçə gözdən düşür Ən hikmətli sözlər düşür Ən ağıldan kəm vaxtına
Dikdaban
Acı həqiqətlər qorxudur deyə İnsan adət edir xəyallar qura. Kaş aşiq olduğum rəngli gözlərin Ağ-qara dünyamı işıqlandıra ***
Yuxu Yum gözünü, bəlkə hər şey düzəldi? Bir yuxu ki gerçəyindən gözəldir, Oyanma. Oyandınsa, yuxulara inanma. Bir yuxudur gerçək olan, bir həyat, Aç gözünü, inanmasan, bir də yat. Yubanma. Yubandınsa, əbədi yat, oyanma. Ölmüşəmmi ağlayasan, gözəlim? Kim desə ki, ağlamaqla düzəlir, İnanma. İnandınsa, ağla qızım, utanma. Bir eşqi ki, qurban verdik bir səhvə, Yüz dəfə də "gəlmə" desəm, bir dəfə Gəl, amma Evdə səni gözləyirlər, yubanma.
Yum gözünü, bəlkə hər şey düzəldi? Bir yuxu ki, gerçəyindən gözəldir, Oyanma.Oyandınsa, yuxulara inanma. Bir yuxudur gerçək olan, bir həyat Aç gözünü, inanmasan, bir də yat. Yubanma. Yubandınsa, əbədi yat, oyanma. Ölmüşəmmi ağlayasan, gözəlim? Kim desə ki, ağlamaqla düzəlir, İnanma. İnandınsa, ağla qızım, utanma. Bir eşqi ki, qurban verdik bir səhvə, Yüz dəfə də “gəlmə” desəm, bir dəfə Gəl, amma Evdə səni gözləyən var, yubanma.
64 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.