Səninlə...

Vahid Aziz

Səninlə... Posts

You can find Səninlə... books, Səninlə... quotes and quotes, Səninlə... authors, Səninlə... reviews and reviews on 1000Kitap.
Ortaq məxrəci yox sənli bir ömrün- nə bölmək bacarar, nə də bölünmək, sənsiz yaşamağa alışmaq üçün sənsız qaldığıma inanam gərək. Həsrətli içimdə batar bu dəniz- o sənin yerindi- anla bir kərəm! Sənsiz yaşayaram, amma ki, sənsiz
Sayfa 217 - SƏNSİZ...Kitabı okuyor
Sevənlər dünyanın qərib övladı, bir azca onlara bənzəyər çiçək, sevgidən yazanlar əbədi qaldı, sevgisiz yaşayan izsiz öləcək. Tanrıynan danışdım eşqdən yazanda, göylərdən nur aldı tutduğum qələm, mən sevgi şeirində şah olmasam da, ən azı, kiməsə nökər deyiləm! Ömür nemətidir əbədi sevgi- tək ona ümidlər bağlamışam mən, sevgidən yazanda, niyə danım ki, ölməkdən özümü saxlamışam mən...
Sayfa 215 - SEVGİDƏN YAZDIM Kİ...Kitabı okuyor
Reklam
Özüm istəmişdim inandıraraq sevginlə özümdən alasan məni, özüm istəmişdim ilan olaraq yuvamdan didərgin salasan məni. Özüm istəmişdim yuxularımda məni öpə-öpə sayaqladasan, özüm istəmişdim arzularımda
Sayfa 213 - ÖZÜM İSTƏMİŞDİMKitabı okuyor
İlk sevgi ətirli təzətər gülü öpüb-oxşamaqda nurlu bir atəş, hər səhər ağ atlı cəngavər kimi, zirvənin üstündən boylanar Günəş.
Sayfa 212 - YAYLAQDA...Kitabı okuyor
...Yandırdıq körpüləri- külü sovurdu külək, elə ayrılmadıq ki, bir də görüşə bilək. Daha tutmaz bizimki- hicran olacaq uzun, elə ayrılmadıq ki, bir daha görüşməyə təmiz üzümüz olsun. Daha həmin deyilsən, sənsiz öldüyümə də daha əmin deyilsən? Axı nəyim vardısa, gülüm, səninlə gedib, özünü neynəmisən- daha sənin deyilsən?
Sayfa 211 - ÖZÜNÜ NEYNƏMİSƏN...Kitabı okuyor
Həsrətin alovlu, qəlbin soyuqmuş, gümanım hər yerdən dönər soluxmuş, sevən könüllərin dəyəri yoxmuş dünyanın nə əyri, nə düz çağında...
Sayfa 211 - GETDİN HƏYATIMDAN ADİ GÜN KİMİ...Kitabı okuyor
Reklam
Getdin həyatımdan adi gün kimi, günlərin bənövşə, nərgiz çağında, taladın ömrümü bildiyin kimi, mənə taleyimin əziz çağında. Qismətlə savaşa kim qarışar ki? yaz döyür qapımı, nə soruşar ki? Mənə bəzək-düzək nə yaraşar ki, ömrümün-günümün sənsiz çağında!
Sayfa 210 - GETDİN HƏYATIMDAN ADİ GÜN KİMİ...Kitabı okuyor
Müharibə alovunda hər tərəfin odlanırsa, çaylar kimi axan qana ölüm baxıb şadlanırsa, şairlərin saraylarda məddah olub yallanırsa, dərya boyda azadlığı olan balıq qarmaqdakı ölü qurda aldanırsa- sənin sonun faciədi! Dünya, açıq bazardayıq- son qiymətin neçiyədi?
Sayfa 207 - DÜNYA, SƏNƏ GÖZ QOYMUŞAM...Kitabı okuyor
Hönkürməkmi yaxşı, gülməkmi yaxşı? Hansın bəyənirsən: Susum? Çağlayım? Təzəcə quruyub gözümün yaşı, xoşuna gəlirsə, yenə ağlayım. Zirvə ol, yanından ötüm çən kimi, sərilim önündə bir çəmən kimi, saçını lacivərd yasəmən kimi, xoşuna gəlirsə, hər gün qoxlayım. O qədər ümidim açılıb-solub, ürəyim o qədər boşalıb-dolub, xoşuna gəlirsə, divanə olub lap sənin özündən yar soraqlayım. Ömrün azı qalıb, əriyib çoxu, yeganə təsəllim– didərgin yuxu, tale kitabımı gizlicə oxu, xoşuna gəlirsə, mən varaqlayım.
Sayfa 206 - XOŞUNA GƏLİRSƏ...Kitabı okuyor
O qədər qəribəm, nəğmən gələndə ruhumu oxşayar bayağılar da, inana bilirsən- adam dilində adını çağırar qağayılar da!
Sayfa 204 - ÖZGƏLƏR...Kitabı okuyor
199 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.