“Etiraf edirəm ki, bu yazıların içərisində mənə fantastik dərəcədə qazanc gətirən yazılar olub. Azərbaycan şərtlərinə görə ağlasığmaz məbləğdə qonarar aldığım bir yazım var ki, onu xilaskarım hesab edirəm. Hansı yazı olduğunu isə qeyd etmirəm, qoy əlahəzrət oxucu üçün sirr olaraq qalsın…
Müxtəlif vaxtlarda yazılarımı oxuyub məni istiqamətləndirmiş redaktorlarıma, bəzi yazıların ideyasını vermiş dostlarıma, mənə ilham verən insanlara və kitabın potensial oxucularına ürəkdən təşəkkür edirəm.”