Tahmini Okuma Süresi:
7 sa. 2 dk.
Sayfa Sayısı:
248
Basım Tarihi:
Ocak 2023
Yayınevi:
Təhsil Nəşriyyatı
ISBN:
9789952554540
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar

Yorumlar ve İncelemeler

Gecə Kəpənəyi :)
10/10
·248 syf.·
2024 2. kitabı
Hərkəsə Salam ! Həftələrdir düşüncələrimin dərinliklərində gizlənən, ara-sıra özünü büruzə verən təhlil yazmaq istəyi nəhayət ki, hərflərə töküləcək. Son Gecə kitabını dəyərli bir oxucu dostumun tövsiyyəsi ilə alıb oxumağa başladım. Təbii ki, yeni yazar , yeni qələm, yeni düşüncə tərzini oxuyacağımın həyacanı daha çox idi. Yazarımız Fəxrəddin Qasımoğlu böyük bir incəliklə yazaraq bütün oxucularının hekayəsini oxumağın yanı sıra bəzi mövzularda maariflənməsinə, yeni şeylər öyrənməsinə, polis əməkdaşı olmanın, bir cinayəti araşdırıb yekunlaşdırmanın o qədər də asan bir şey olmadığının fərqinə varmasına kömək edir. Əsər digər kriminal dedektiv əsərlərdən fərqli olaraq ana personajın dilindən nəql edilir. Xəfiyyəmizin keçirdiyi hissləri, araşdırmalarını hansı ardıcıllıqla apardığını, çətinliklərə rəğmən onları necə asanlaşdırıb həll etməyi bizlərə axıcı bir üslubla çatdırır. Son Gecə Əsərin elə ilk səhifələrində yazarımızın baş qəhramanı, müstəqil xəfiyyə Bəxtiyar Nəzərli ilə tanış oluruq. Sadə və bir o qədər də çətin həyat tərzi ilə, keçmiş günlərindəki araşdırmaları ilə tanış olduqdan sonra hekayəmizin başlanmasına səbəb olan insanlarla tanış oluruq. Az yaşlı bir qızın evinə qayıtmaması üzərinə onun nənə babası dedektiv Bəxtiyar Nəzərlidən kömək istəyir. Bəs görəsən müstəqil xəfiyyəmiz onun harada olduğunu tapa biləcək mi ? Əsərdə hər şey o qədər sadəliklə yazılıb ki, kitabın sonu xaricində ağıllarda heç bir sual işarəsi qalmır. Baş qəhrəmanın özünə xas tərzi ilə əməliyyatı aparması da fərqli bir gözəldir. Sadəcə əməliyyatın necə sona çatacağını oxumaq üçün tək nəfəsə bitirə biləcəyiniz bir kitabdır. Haqqında daha çox şey yazılmasına ehtiyac duyduğum bir kitab olsa belə digər oxuyucular üçün "spoiler" olmaması üçün burda bitirirəm. Xoş mütailələr !
Son GecəFəxrəddin Qasımoğlu · Təhsil Nəşriyyatı · 20235 okunma
Reklam

Yazar Hakkında

Fəxrəddin QasımoğluYazar · 0 kitap
Qurbanov Fəxrəddin Qasım oğlu 23 fevral 1969-cu ildə Bakı şəhərində doğulub. 1986-cı ildə Nərimanov rayonundakı 36 nömrəli məktəbi bitirib. 1987-1989-cu illərdə hərbi xidmətdə olub. Ali təhsillidir. Əsərləri Azərbaycan jurnalında, Ədəbiyyat və İncəsənət qəzetinin elektron portalında dərc olunub. 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir. polis polkovnik-leytenantı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.