Tahmini Okuma Süresi:
4 sa. 5 dk.
Sayfa Sayısı:
144
Basım Tarihi:
2024
Yayınevi:
Kitabçı Nəşriyyat Evi
ISBN:
9789952391695
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·144 syf.··
2025 19. kitabı
Fəxrəddin Qasımoğlu - ‘Ruh’ Kitabın ilk 20-30 səhifəsi çox qarışıq idi. Yazıçı fikrini daha sadə ifadə etmək əvəzinə, sanki bilərəkdən qarışıq cümlələrdən istifadə etmişdi. Tez-tez geriyə qayıdıb kimin kim olduğunu, nə baş verdiyini yenidən oxumağa məcbur olurdum. Buna baxmayaraq, tədqiqat incə detallara söykənib, sanki nazik iplərin üzərində aparılırdı. Xəfiyyəmiz çox vaxt mövzuya aid olmayan sualları, qəribə istəkləri ilə bizi təəccübləndirir, biz də “Bu sualın axtarışla nə əlaqəsi var?” – deyə düşünürük. Amma sonda bütün o sualların səbəbləri bir-bir ortaya çıxır və hər şey yerli-yerinə oturur. Kitabın əvvəlində yazıçı tədqiqatın gizli və fərqli üsullarla aparıldığını bildirir. Amma bu gizlilik bəzən həddini aşır. Hətta “Ən azından mənə də nə edirsən, hara gedirsən, kimlə görüşürsən, bunları desən, yaxşı olardı” – dediyim anlar oldu. Sanki xəfiyyəni izləyirəm, lakin axtarışda iştirak etmirəm. Məsələn, yazıçı baş obrazın gizli biri ilə görüşdüyünü yazır, amma kim olduğunu demir, məqsədi açıqlamır. “Bəs mən necə başa düşüm axı? Bir az ipucu versəydin, mən də onunla birgə axtarış edərdim.” Amma yox, hər şey gizlidir və mən də kənardan baxmaqla kifayətlənirəm Kitabın əvvəlindəki qarışıqlıq ortalara doğru yox olur və hekayə elə sürətlənir ki, sanki oxumuram, qaçıram. Temp artır, adrenalin yüksəlir, hadisələr ard-arda gəlir. Başlanğıcda yazıçı tədqiqatı gizli aparırdısa, ortalardan etibarən detektivin nə etdiyini artıq cüzi şəkildə açıqlayır. Bəzən araşdırma zamanı oxucuya belə bir sual verir: “Niyə bu məsələni araşdırıram?” – sonra da cavablayır: “Səbəbini sonra izah edəcəyəm.” Bu cümlə kitabı daha da maraqlı edib, oxucunu növbəti səhifəyə keçməyə vadar edir. Orta hissələrin – təxminən 30-cu səhifədən sonra hadisələrin sürətləndiyini, hissələrin qısa-qısa olmasının
1000Kitap
RuhFəxrəddin Qasımoğlu · Kitabçı Nəşriyyat Evi · 202430 okunma

Yazar Hakkında

Fəxrəddin QasımoğluYazar · 0 kitap
Qurbanov Fəxrəddin Qasım oğlu 23 fevral 1969-cu ildə Bakı şəhərində doğulub. 1986-cı ildə Nərimanov rayonundakı 36 nömrəli məktəbi bitirib. 1987-1989-cu illərdə hərbi xidmətdə olub. Ali təhsillidir. Əsərləri Azərbaycan jurnalında, Ədəbiyyat və İncəsənət qəzetinin elektron portalında dərc olunub. 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir. polis polkovnik-leytenantı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.