Söyüdlü Arx

İlyas Efendiyev

Söyüdlü Arx Posts

You can find Söyüdlü Arx books, Söyüdlü Arx quotes and quotes, Söyüdlü Arx authors, Söyüdlü Arx reviews and reviews on 1000Kitap.
185 syf.
·
Not rated
·
Read in 14 days
Hamının səadətinin bir parçası olan, bircə özünü udan qadın ...
Hekayə cəmiyyətin stereotiplərini qıran, kimsəsiz sayılan amma hamının səadətinin bir parçası sayılan Nuriyyənin mübarizəsindən; İki kənd--Quzey və Güney Qışlağı birəşdirəcək olan "Söyüdlü arx", onun uğrunda kəndlilərin konfliktlərindən bəhs edir. Nuriyyə obrazı ilə yazıçı insan psixologiyasına təsir edib, onun vurucu monoloqları,
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959781 okunma
Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur...
Reklam
Biz beşikdə ana laylasıyla uyumuşduq. Bəlkə buna görə də, heç bir qüvvə bizim qəlbimizə musiqi qədər hakim ola bilmirdi. Heç bir qüvvə bizdə bu qədər peşman mərhəmət hissləri oyatmırdı.
Ləyaqətli görünən qəhrəmanları sevərdim. Mən istəyərdim oxuduğum əsərin qəhrəmanı sehrkar bir cazibədarlıqla məni çəkib ardınca aparsin. Qorxulu uçurumlardan, alovlardan keçirsin. Mənə yalnız gül ləçəklərinin naxışlarındakı heyrətli ahəngi deyil, eyni zamanda, həyatın boz üzünü göstərsin, amansız sitəmlərini hiss etdirsin. Mən yalqızlığı sevmirəm. Mən həyatda da bütün düymələri öz yerində olan, plakat kimi cansıxıcı adamlara nifrət edirəm.
Məncə, həqiqi sənətkarın fırçasından heç bir zaman quru müqəvva çıxmaz. Həqiqi istedad, daşa, torpağa da ruh vermək kimi ecazkar bir qüvvəyə malikdir. Taxta kimi quru, hissiz, zövqsüz qəhrəmanları bizim ədəbiyyatımıza ideyalılıq pərdəsi altında gizlənən istedadsız demaqoqlar gətirir. Mən dövlətin yerində olsaydım, belələrinə yazmağı qadağan edərdim! Bəsdir, deyərdim, bu protokollara roman adı qoyub dünyanı doldurdunuz. Siz hissiz, duyğusuz, buz kimi soyuq qəlbinizi yazırsınız. Mərhum Qoqol demişkən, siz özünüzə gülürsünüz. Qələmi qoyun, çıxın gedin işinizə, ola bilər ki, başqa sahələrdə siz cəmiyyət üçün, özünüz üçün daha xeyirli adamlar olarsınız.
Bu dünyada insanların həyatını zəhərləyib məhv edən, onların səbrindən, iradəsindən asılı olmayan o qədər çarəsiz dərdlər var ki!
Reklam
Danışmaqla yaralar sağalsaydı, dünyada heç dərdli adam olmazdı.
Tez yatmaq, daş kimi ağır yuxuya getmək istəyirdim.
Mənə elə gəlirdi ki, dünyada zaman, məkan deyilən şey yoxdur, bizim ağlımızın dərk edə bilməyəcəyi əbədi bir boşluq, bir intəhasızlıq var.
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.