Söyüdlü Arx

İlyas Efendiyev

Söyüdlü Arx Sözleri ve Alıntıları

Söyüdlü Arx sözleri ve alıntılarını, Söyüdlü Arx kitap alıntılarını, Söyüdlü Arx en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
–Biz ürəyimizin, vicdanımızın səsini eşidib, səbrlə yolumuza davam etməliyik. O zaman gec-tez həqiqət meydana çıxar. Yaxşılıq elə, balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər.
"Fikir elədikcə, yanıb-tökülürsən, heç birinin yeməkdən, içməkdən korluğu yox, inişilin buğdası bu ilə qalır. Ancaq di gəl ki, oxumurlar. Birisi əlinə qəzet götürmür ki, görsün dünyada nə var, nə yox. Bax, bu Kərimin qızı bilir, tapşırmışam, rayona nə kitab gəlsə, əvvəlcə bura göndərirlər. Ancaq nə olsun? Deyirəm, ay zalım uşağı, nə vaxtacan dünyadan bixəbər olub qalacağıq? Oxuyun da!"
Sayfa 46 - Azərbaycan klassikləri / Qanun Nəşriyyatı
Reklam
"Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər mən olmasaydım, bu gözəl gecə nə itirərdi?"
Sayfa 9 - Azərbaycan klassikləri / Qanun Nəşriyyatı
"Mən yalqızlığı sevmirəm. Mən təklikdən qorxuram."
Sayfa 44 - Azərbaycan klassikləri / Qanun Nəşriyyatı
"Mən heç bir zaman ağlamamışam. Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir zaman özümü indiki kimi yalqız hiss etməmişdim. Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı. İnstitutda oxuduğum zaman gələcək, yəqin ki, hələ çox uzaq olduğu üçün məni qorxutmurdu. Gəncliyin qəribə xəyalları mənə şirin vədlər verirdi. İndi isə, hər şey çox aydın və sadə idi. Mən bütün arzularıma həmişəlik vida edib, adi bir kənd klubunda işləməyə gedirdim. Arxada qalan bu böyük şəhərə mən vaxtilə necə səssiz-səmirsiz gəlmişdimsə, indi də bu şəhərdən eləcə səssiz-səmirsiz çıxıb gedirdim."
Sayfa 7 - Azərbaycan klassikləri / Qanun Nəşriyyatı
"Görünür, rəhmətlik nənələrimiz bilirlərmiş ki, bu dünyada qızların dərdi oğlanlarınkından çox olur."
Sayfa 25 - Azərbaycan klassikləri / Qanun Nəşriyyatı
Reklam
892 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.