Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Söyüdlü Arx

İlyas Efendiyev

Sözler ve Alıntılar

Tümünü Gör
"Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər mən olmasaydım, bu gözəl gecə nə itirərdi?"
Sayfa 9 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
"Fikir elədikcə, yanıb-tökülürsən, heç birinin yeməkdən, içməkdən korluğu yox, inişilin buğdası bu ilə qalır. Ancaq di gəl ki, oxumurlar. Birisi əlinə qəzet götürmür ki, görsün dünyada nə var, nə yox. Bax, bu Kərimin qızı bilir, tapşırmışam, rayona nə kitab gəlsə, əvvəlcə bura göndərirlər. Ancaq nə olsun? Deyirəm, ay zalım uşağı, nə vaxtacan dünyadan bixəbər olub qalacağıq? Oxuyun da!"
Sayfa 46 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
Reklam
"Mən yalqızlığı sevmirəm. Mən təklikdən qorxuram."
Sayfa 44 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
"Mən heç bir zaman ağlamamışam. Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir zaman özümü indiki kimi yalqız hiss etməmişdim. Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı. İnstitutda oxuduğum zaman gələcək, yəqin ki, hələ çox uzaq olduğu üçün məni qorxutmurdu. Gəncliyin qəribə xəyalları mənə şirin vədlər verirdi. İndi isə, hər şey çox aydın və sadə idi. Mən bütün arzularıma həmişəlik vida edib, adi bir kənd klubunda işləməyə gedirdim. Arxada qalan bu böyük şəhərə mən vaxtilə necə səssiz-səmirsiz gəlmişdimsə, indi də bu şəhərdən eləcə səssiz-səmirsiz çıxıb gedirdim."
Sayfa 7 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
"Görünür, rəhmətlik nənələrimiz bilirlərmiş ki, bu dünyada qızların dərdi oğlanlarınkından çox olur."
Sayfa 25 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
Biz insanlar kiçik bir təsəlliyə, bir dost sözünə nə qədər möhtacmışıq!
Sayfa 172Kitabı okudu
Reklam
"Mən, yalqızlıq kimi, ağlamağı da sevmirəm. Lakin mən qəlbimin səsini dinləmək istəyirəm. O səs mənim üçün əzizdir. Çünki mənim qəlbim heç bir zaman mənə şikayət etməmişdir. Mən onun səsini dinləmək istəyirəm."
Sayfa 45 - Azərbaycan klassikləri / Qanun NəşriyyatıKitabı okuyor
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.