Əsərləri I.Cild

Süleyman Rüstəm

Əsərləri I.Cild Quotes

You can find Əsərləri I.Cild quotes, Əsərləri I.Cild book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.
Sayfa 68 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
İTİRMƏK İSTƏMİRƏM
Üzünü görmədiyim illər gəlib ötüşdü, Bəxtimə bax, nəhayət, vüsal vaxtı yetişdi. Qoy bilməyən də bilsin, tapdım, nə tapdım səni, Ayrılığın amansız əlindən qapdım səni. Artıq ürəyimdəsən, İnan ki, bir daha mən Səni hicran yoluna ötürmək istəmirəm, İtirmək istəmirəm, itirmək istəmirəm!
Sayfa 159
Reklam
axşamlar
Qəribəlik görürəm öz-özümdə axşamlar, Sənin adın çəkilir hər sözümdə axşamlar. Xəzər kimi danışan görməyəndə gözlərini, Günəş sönür elə bil ki, gözümdə axşamlar. Gülər üzünlə əgər gülməsən mənim üzümə, Kədər buludları oynar üzümdə axşamlar. Bu doğrudur, gözəlim, heç kim olmayıb, olmaz Sənin bu nazlarına mən dözümdə axşamlar. Süleymanam, sən olunca mənim gözümdən iraq, Günəş kimi batıram mən özüm də axşamlar.
Sayfa 138
Adlanırsan bütün ellərdə gülüstan, Qarabağ, Sən Azərbaycanımın şöhrətisən, can Qarabağ!
Sayfa 168 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Gecələri dünyamızı seyrǝ dalan ulduzlar Torpaq altda yatanların göylərdəki gözüdür.
Sayfa 80 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Məşəqqətli yollarda nə bezdik, nə yorulduq. Yox, bizi sarsıtmadı, qorxutmadı vuruşlar, Əziz bir xatirədir alnımızda qırışlar.
Sayfa 89 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Reklam
62 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.