Əsərləri I.Cild

Süleyman Rüstəm

Əsərləri I.Cild Posts

You can find Əsərləri I.Cild books, Əsərləri I.Cild quotes and quotes, Əsərləri I.Cild authors, Əsərləri I.Cild reviews and reviews on 1000Kitap.
Qubalı qız.
Şah dağından əsən yellər saçlarını darasın, Səni sevən Qudyalçayın sahilində arasın, Dilin ana torpağının meyvəsindən şirindir, Məhəbbətin ürəyimdə dəryalardan dərindir. Sən ömrümün çiçəyisən Qubalı qız, Qubalı, Göyçəklərin göyçəyisən, Qubalı qız, Qubalı. Nəfəsindən duyuram mən çiçəklərin ətrini, Bu dünyada mənim qədər bilən varmı qədrini! Şöhrətini ulduzlara, aya, günə yazmışam Surətini məhəbbətlə ürəyimdən asmışam. Sən ömrümün çiçəyisən, Qubalı qız, Qubalı, Ürəyimin ürəyisən Qubalı qız, Qubalı. Xəzan bilməz ömrümüzün bu mənalı çağında Gül, həmişə bahar gülsün eşqimizin bağında. Canan desin gecə-gündüz mənim ürək tellərim, Ağ göyərçin əllərindan ayrılmasın əllərim. Sən ömrümün çiçəyisən, Qubalı qız, Qubalı, Vətənimin bəzəyisən, Qubalı qız, Qubalı!
Deyirlər ki, o qızın nəyinə vurulmusan, Bilmirik niyə görmür gözəlləri gözlərin?! Bu məzəmmət hədərdir, mən deyiləm peşiman, Yox, yox, dəyəri yoxdur mənimçin bu sözlərin. Eşqimin göylərində tək o qızı görürəm, Günəşim də, ayım da, ulduzum da o qızdır. Nə baharı, nə qışı, nə payızı görürəm, Baharım da, qışım da, payızım da o qızdır!
Reklam
Tanımadınmı?
Bir gün bir məclisdə gəldik üz-üzə Bu dərdi pünhanı tanımadınmı? Ayları, illəri sənsiz keçirən Könlü pərişanı tanımadınmı? Yuxulu illərim oyandı yenə, Sanki ilk gəncliyim qovuşdu mənə - Nə deyim, nə deyim, nə deyim sənə Oduna yananı tanımadınmı?! Bir zaman dilimdə, sözümdə səndin, Gecəli-gündüzlü gözümdə səndin, Ürəyimdə səndin, gözümdə səndin. Hüsnünə heyranı tanımadınmı?
Əgər sevmirdinsə, xatirə kimi İpək saçlarından tel niyə verdin?
Söyləmə, sevgilim, vəfasız mənə, Mən ki, yad edirəm hər zaman səni. Qəlbimdən bircə an qopara bilməz Nə boran, nə tufan, nə hicran səni. Deyirəm hüsnünü gülşəndə görüm, Könlümə həsrətin düşəndə görüm. Ömürlük anamız Vətəndə görüm Görməyim pərişan, bağrı qan səni. Yazmışam adını günə, aya mən; Düşmüşəm eşq adlı bir sevdaya mən. Səninçün gəlmişəm bu dünyaya mən, Mənimçün yaradıb yaradan səni!
O sənin ürəyindir...
İllərcə bu köksümdə solmayan bir çiçək var, O sənin çiçəyindir, o sənin çiçəyindir! Gözəllik aləmində gözəllik axtarıram, O sənin diləyindir, o sənin diləyindir! Ürəyim həsrətində od tutub alışanda, Sevgilim, qorxuram ki, can qalmasın bu canda. Sinəmdə bir sərinlik hiss edirəm bu anda, O sənin biləyindir, o sənin biləyindir! Yalanın, çirkinliyin girmədiyi bir ev var, Qapısını bir kərə nə boran döyüb, nə qar. Öz aramızda qalsın bu sirr, ey gözəl nigar, O sənin ürəyindir, o sənin ürəyindir!
Reklam
62 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.