Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Əsərləri III.Cild

Hüseyn Cavid

Əsərləri III.Cild Gönderileri

Əsərləri III.Cild kitaplarını, Əsərləri III.Cild sözleri ve alıntılarını, Əsərləri III.Cild yazarlarını, Əsərləri III.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ah, köpürdükcə şu xain bəşər, Yer yüzü daim qusacaq zülmü şər. Məzbəhə dönmüş də bütün kainat, Qeyri çəkilməz şu müləvvəs həyat. Ya siz!? Ey insanlığı təhqir edən Duyğusu, vicdanı sönüklər!.. Həmən Dəf’ olun, artıq bana rahət verin! Nerdə?.. Fəqət Tanrıyı bir göstərin! Ah, ona var söylənəcək sözlərim...
Reklam
Susmaq, o da başqa dürlü fəryad Həp bənliyim oldu sanki bərbad.
Bəsləndi səninlə fikrü hissim:)
X a v ə r Qoşdum sana sevdiyimdən, amma Baqdım ki, sevilməyənlər əsla, Layiq deyil olmağa həmağuş, Ürkdüm də, çəkildim iştə mədhuş. A r i f Artıq yetişir bu sərzənişlər, Əfv eylə, qüsurə baqma, Xavər! X a v ə r Xavər sana etsə də pərəstiş, Heyhat, dönərmi bir də keçmiş?! Oldun sənələrcə həp ənisim, Bəsləndi səninlə fikrü hissim. Kölgən kibi həp peşincə qoşdum, Eşqinlə qanatlanıb da uçdum.
İnsandakı nəfsi-şumə daim İblis olur, ancaq olsa hakim.
Yox kimsədə mərhəmətlə vicdan, İnsanlığı həp unutdu insan.
Reklam
Türk oğlu sözündən dönməz, Məhv olur da sürüklənməz. Həp yüksəlmək dilər, enməz, Çarpışır yaşar. Yurdumuzun arslanları, İzlər durur düşmanları, Fırtınalı dənizvarı Hər coşub daşar. Əngin fəza çardağımız Al şəfəqlər bayrağımız, Qorqu bilməz oymağımız, Haq için qoşar.
Hər şey sənindir, ey qafil insan! Gülgün şəfəqlər, rəngin çiçəklər. Hər şey sənindir, ey cahil insan! Parlaq günəşlər, dilbər mələklər. Yalnız sənin, yalnız sənin hər dürlü ne’mət; Gənclik, gözəllik, eşqü ülfət, hər səadət. Sür daima zevqü səfa, fevt etmə fürsət, Bir gün gəlir, əsla səmər verməz nədamət. Beş günlük ömrün rö’yayə bənzər, Dal eyşü-nuşə, hiç gəlmə huşə. Daim gül, əylən, olma mükəddər, İç badə, həp gəl cuşü xüruşə. Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım, Bir gün gəlir, əldən çıqar zevqi-xərabat. Al nəş’ə hər şeydən, əvət, qəflət nə lazım, Bir gün gəlir, əldən düşər peymanə heyhat!..
Get, lakin o hörmət və məhəbbət Bir gün doğurur qanlı ədavət. Get, bəllidir insandakı xislət; Sizlərdəki ülfət; sonu vəhşət, Sizlərdəki şəfqət; sonu nifrət, Sizlərdəki rəhmət; sonu lə’nət!..
Reklam
Turana qılıcdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...
K ü ç ü k z a b i t Bir əsir iştə, düşman olsa belə Yenə lazım müavinət edilə. A r i f Həp şu xislətdə olsa cinsi-bəşər, Hiç görülməzdi bunca vəhşətlər.
İştə bir söz ki, büsbütün yanlış... Yaşamaq istiyormusun, çarpış. Hərbə qoş, həp vuruş, ya əz, ya əzil! Onsuz irmək murada pək müşkül.
Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət Bitməzmi, ilahi! Bu qədər səbrə nə hacət?
Yalnız deyil insanlara, vəhşilərə sorsan, Onlar belə insandakı vəhşiliyə heyran!
106 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.