Su Sərgisi

Sərdar Amin

Su Sərgisi Hakkında

Su Sərgisi konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
6/10
3 Kişi
4
Okunma
1
Beğeni
363
Görüntülenme

Hakkında

Ölümünə bir ay qaldığını öyrənən gənc türkçarəçi qocadan xəstəliyini gizləyir. Bu yalandan xəbər tutan müdrik isə gəncə artıq sağaldığını deyərək, yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edəcəkmi? Bəs təbiət - o, hər an insanla vəhdət deyilmi? Bunun üçün sıradan bir addım kənara çıxıb köks ötürmək yetərmiş... Səma, ölüm, qadın, su... Yer-göylə əlləşən gəncin bulanlıq mübarizəsi. Su sərgisi Sərdar Aminin ikinci romanıdır. Müəllifin Qaratoyuq nəğməsi (2013) romanı və Şeiraltı (2015) şeirlər toplusu nəşr olunub. Xəyal qurun, arzulayın. Unutmayın ki, siz arzularınızla Allaha kömək edirsiz. Xəyal qurmaq insanın öz potensialını Allaha xatırlatmasıdır. Çərpələngi qağayılar olan bir şəhərin uşaqlığı sözə sığmaz. Nizəsi minarələr olan gəncliyimi isə mən bölüşmərəm. Başqa nə danışım sizə? Belə də yaz! Sən də bir az şair, bir az şeir qəbrisən .
Türler:
Tahmini Okuma Süresi: 2 sa. 42 dk.Sayfa Sayısı: 95Basım Tarihi: 2018Yayınevi: Qanun Nəşriyyatı
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Sərdar Amin
Sərdar AminYazar · 3 kitap
Tağıyev Sərdar İmaməddin oğlu 1988-ci ilin 4 yanvarında Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ədəbi yaradıcılıqla məşğuldur. 2013-cü ildə müharibə mövzusunda olan "Qaratoyuq nəğməsi" kitabı (roman) işıq üzü görüb. 2015-ci ildə "Şeiraltı" şeirlər toplusu nəşr olunub. 2018-ci ildə növbəti kitabı - "Su sərgisi" romanı çapdan çıxıb. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib. Ədəbiyyat sahəsində ən uğurlu telelayihələrdən olan "Yeni səhifə" ədəbi verilişinin müəllifi və aparıcısı olub. "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi və redaktor vəzifələrində çalışıb. Kulis.az mədəniyyət portalının redaktorudur. Evlidir, bir qızı var. Müəllifi olduğu "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına, "Almafobiya" booktraileri III Booktrailer festivalında III yerə layiq görülüb. "Su sərgisi" romanına görə 2019-cu ildə Ədəbiyyat üzrə "Uğur" mükafatına layiq görülüb. 2019-cu ildə esse və məqalələrinə görə "Əli bəy Hüseynzadə mükafatı" alıb. Sərdar Aminin 100-dən yuxarı esse və məqaləsi, eyni zamanda hekayələri müxtəlif internet resurslarında və qəzetlərdə yayımlanıb.