Sərdar Amin

Su Sərgisi yazarı
Yazar
6.0/10
3 Kişi
8
Okunma
3
Beğeni
910
Görüntülenme

Hakkında

Tağıyev Sərdar İmaməddin oğlu 1988-ci ilin 4 yanvarında Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. Orta məktəbi Qusar rayonunun Aşağı Ləgər kəndində bitirib. Quba Dövlət Sosial-İqtisadi Kollecinin Vergi, vergitutma fakültəsini bitirib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin 2013-cü il məzunudur. Ədəbi yaradıcılıqla məşğuldur. 2013-cü ildə müharibə mövzusunda olan "Qaratoyuq nəğməsi" kitabı (roman) işıq üzü görüb. 2015-ci ildə "Şeiraltı" şeirlər toplusu nəşr olunub. 2018-ci ildə növbəti kitabı - "Su sərgisi" romanı çapdan çıxıb. RTV (ARB TV)-də aparıcı, PR menecer və digər vəzifələrdə işləyib. Ədəbiyyat sahəsində ən uğurlu telelayihələrdən olan "Yeni səhifə" ədəbi verilişinin müəllifi və aparıcısı olub. "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi və redaktor vəzifələrində çalışıb. Kulis.az mədəniyyət portalının redaktorudur. Evlidir, bir qızı var. Müəllifi olduğu "Rənglər" sosial çarxı "Azərbaycan ailəsi" film festivalının xüsusi mükafatına, "Almafobiya" booktraileri III Booktrailer festivalında III yerə layiq görülüb. "Su sərgisi" romanına görə 2019-cu ildə Ədəbiyyat üzrə "Uğur" mükafatına layiq görülüb. 2019-cu ildə esse və məqalələrinə görə "Əli bəy Hüseynzadə mükafatı" alıb. Sərdar Aminin 100-dən yuxarı esse və məqaləsi, eyni zamanda hekayələri müxtəlif internet resurslarında və qəzetlərdə yayımlanıb.
Unvan:
Yazar
Doğum:
Quba, Azərbayacan, 4 Ocak 1988

Okurlar

3 okur beğendi.
8 okur okudu.
2 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Çərpələngi qağayılar olan bir şəhərin uşaqlığı sözə sığmaz.
Göylərdən yerə bir quru ruhumuzu saxladıq, saxlandıq. Hardan niyə gəldiyimizi bilmədən bağlandıqmı bu çirkab bədənlərə? Bağlandıq..
Reklam
Reklam