Başlıq: Tanrı var mıdır?
Yazar: Örsan Öymen
Səhifə:126
Janr: Fəlsəfə
Nəşr: Destek yaynıları
Hərkəsə salam,
Kitabda Tanrılar,dinlər və "din" məfhumu barədə tarixə qısa nəzər yetirilir.Qədim filozofların bu barədə fikirlərindən,həmçinin, ateizm,deizm,teizm,aqnostisizm,fideizm və s. İnanclardan bəhs olunur.
Kitab dili sadə və oxunaqlı idi.Qısa müddətdə oxunacaq kitablardandır.Mən yazarın mövzu barədə bəzi fikirləri bəyənmədim.Daha obyektiv olmasını istəyərdim.Kitabı oxumağa dəyər mi?
Əlbəttə, oxuyun.Öyrənəcəyiniz,daha öncədən bildiyiniz,lakin dilinizin ucuna gəlməyən bir çox sualın cavabına kitabda rast gələcəksiniz.Əsas sualın cavabı isə,məncə,sizin ağıl və vıcdanınıza bağlıdır.