Bəşəriyyət böhran içindədir və çox az sayda insan həyatımızda və ümumilikdə dünyada mövcud olan problemləri dərk edir. Bu necə baş verir və necə olur ki, insanların insanlıq ilə əlaqələri kəsilib? Niyə depres siya, narahatlıq, qorxu və intihar kimi psixoloji problem lərin sayında artım müşahidə olunur və niyə ənənəvi Qərb terapiyası bu tendensiyanın qarşısında acız qa lıb? Bu sualların cavabını ilk olaraq özümüzdə axtar malıyıq - məqsədlərimizi bir daha nəzərdən keçirməli və bu prinsipin bütün insanlar tərəfindən tətbiq edil məsinə cəhd etməliyik. Müasir Qərb psixologiyasının və çox sayda insanın problemlərinin həll edilməsinə kömək etməyən terapiyaların inkişaf etməsinə baxmayaraq insan ruhu və spiritualizm sahəsi hələ də geniş müstəvidə tədqiq edilməmiş qalır. Bunun əsas səbəbi isə insan şüurunun ətrafdan gələn reaksiyalara cavab verən "mexanizm" kimi nəzərə alınması ənənəvi hal alıb.
İnsan ağlını və ağıl-ruh əlaqəsini ciddi şəkldə araşdıran Malik Bədri oxucuları təfəkkür və meditasiya vasitəsi ilə bu həyatda insanın öz mövqeyini və mənəviyyatın əsl mahiyyətini dərk etmə özlərini, məqsədlərini və mənəviyyatı kəşf etməyə dəvət edir. Bu, İslam dinində ibadətin əsas məğzini təşkil etsə də ibadət və ya mənəvi dünyanın zənginləşdirilməsi nöqteyi-nəzərindən spiritualizm anlayışını dərk etmək istəyən oxucular üçün də maraqlı olacaq.