Və Ya Beşmərtəbli Evin Altıncı Mərtəbəsi

Təhminə və Zaur

Anar Rzayev

Təhminə və Zaur Quotes

You can find Təhminə və Zaur quotes, Təhminə və Zaur book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
...Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür - hara gedirsən get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
Sayfa 17 - Zaur
Zaur bir də təkrar etdi: — Bina axı beşmərtəbəli idi... — Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
Sayfa 202Kitabı okudu
Reklam
...Halbuki başqasının sevinci insanı çox nadir hallarda eyni dərəcədə sevindirə bilir, əksərən, hər bir insan başqasının sevincinə biganə qalır, bəzən hətta qısqanır, ya həsəd çəkir bu özgə sevincinə...
Sayfa 171
...Mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur - kim nə bilim nə dedi, nə fikirləşdi.
Sayfa 101 - Təhminə
Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən - belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür - hara gedirsən get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
Reklam
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən...
Sayfa 16 - Zaur
-Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
Sayfa 315 - Məmməd Nəsir
Zaurik, neçə dəfə demişəm ki, sənə: mənim barəmdə nə danışırlar qoy danışsınlar, vecimə deyil. Mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur.
...Bir dəfə Zaur içmişdi, dedi ki, sən kirpiklərini qaldıranda, elə bil, bəşəriyyətin tarixində yeni bir səhifə açılır...
Sayfa 14 - Zaur
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.