Topal Teymur

Hüseyn Cavid

En Eski Topal Teymur Sözleri ve Alıntıları

En Eski Topal Teymur sözleri ve alıntılarını, en eski Topal Teymur kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Bəxtiyar şair! Səni sərməst edən tatlı xəyal, yalnız xoş bir təsəllidir. Bununla bərabər sən pək böyüksün, əvət, sənin kibi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, bənim kibi topallar soldakı sıfır qadar mə’nasız qalırdı...
Sayfa 260Kitabı okudu
Bəncə Azərbaycan xalqı yabancılara kölgə olmaqdan pək zevq alır və xarici tə’sirə daha çabuq qapılırlar.
Sayfa 271Kitabı okudu
Reklam
“Məhəbbət! Məhəbbət!.. Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa..bütün həyata, bütün kainata nifrətlər olsun.”
Sayfa 302
İnsan bə’zi vaxt kölgəsini deyil, kəndisini belə unutur.
Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölürüz.
Sizin hərb nə’rələriniz yürəkləri qoparır, insanları parçalatır, anaları ağlatır. Şairlərin eyş-nuş təranələri isə kinləri, kədərləri öldürür. Siz hərb və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubu. Fəqət bizim şu məğlubiyyətimiz o qalibiyyətdən daha üstündür.
Reklam
62 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.