Təqvim Mifləri və Novruz

Ramin Allahverdi

Təqvim Mifləri və Novruz Sözleri ve Alıntıları

Təqvim Mifləri və Novruz sözleri ve alıntılarını, Təqvim Mifləri və Novruz kitap alıntılarını, Təqvim Mifləri və Novruz en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Xalq öz çərşənbə rituallarını “Əzəl çərşənbə”, “Yalançı çərşənbə”, “Xəbərverən çərşənbə”, “Gül çərşənbə”, “Ölü çərşənbə”, “İlaxır çərşənbə” və digər bu kimi özünəməxsus şəkildə təqdim etdiyi halda, onları “Od çərşənbəsi”, “Su çərşənbəsi”, “Yer çərşənbəsi”, “Yel çərşənbəsi” kimi qondarma adlarla xalqa sırımağın ən azı folklorun prinsipləri baxımından elmi və məntiqi əsası yoxdur.
Sayfa 131
Əzəl çərşənbəmiz mübarək olsun!
Bu şeirdi, qəzəldi, Solub düşən xəzəldi. Çərşənbələrin ilki Yalançıdı, Əzəldi.
Reklam
Ən əsası bu və ya digər ənənəni təqdim etmək yalnız və yalnız etnosun, xalqın özünün ixtiyarındadır. Xalq özünün çərşənbələrini "Əzəl çərşənbə", "Müjdəçi çərşənbə", "Ölü çərşənbəsi", "İlaxır çərşənbə" və s. bu kimi adlarla təqdim edirsə, onu elə bu cür də qəbul edib təbliğ etmək lazımdır.
Sayfa 140
Ordan axan arxdımı? Üzündə duvaxdımı? Novruz gəlib yetişdi, Ayrı duran vaxtdımı?!
Sayfa 110
Novruz bayramı "ol zamanda", ilkin başlanğıc zamanda, mifik zamanda kosmoqoniya (yaradılış) aktının, Xaosdan Kosmosa keçid aktının yerinə yetirilməsini reaktuallaşdıran (yenidən canlandıran) arxaik ritualdır, yaxud arxaik ritualların qalığı, müasir variantıdır. Bu bayramın ən əsas mahiyyəti ritual formada yaradılış aktının reaktuallaşmasını təmin etməkdir.
Sayfa 161
Eyni ünsür bütün çərşənbə rituallarında iştirak edir. Məsələn, bütün çərşənbələrdə tonqal qalandığına görə çərşənbələrdən birinə "Od çərşənbəsi" adı vermək, ümumiyyətlə, absurddur. Deməli, bütün çərşənbələrdə, demək olar ki, eyni ilə əksini tapan bu elementlərin şərəfinə (bu və ya digər dərəcədə çox və ya az olmasına baxmayaraq) çərşənbələri adlandırmaq da məntiqsizlikdir.
Sayfa 140