Tərsinə Addımlayan Kölgələr

Rahim Dünyamalı

Tərsinə Addımlayan Kölgələr Posts

You can find Tərsinə Addımlayan Kölgələr books, Tərsinə Addımlayan Kölgələr quotes and quotes, Tərsinə Addımlayan Kölgələr authors, Tərsinə Addımlayan Kölgələr reviews and reviews on 1000Kitap.
Tutqun pərişanlıq içində üşüyən ətrafdakı hər şey xatirə gümanlarında qızınmağa çalışır.
447 syf.
·
Not rated
Barmağını səhifələrin arasına keçirib düşünürsən. Oxuduqca oxuduğun obraz olursan. Empatiya qurursan, hiss edirsən və getdikcə o olmağa başlayırsan. Hətta "tərsinə addımlayan kölgələr"ə belə çevrilirsən.
Tərsinə Addımlayan Kölgələr
Tərsinə Addımlayan KölgələrRahim Dünyamalı · Başla Nəşriyyatı · 07 okunma
Reklam
Dünya Pəncəliyevdən ötrü allahın tapmacası idi. Bunu da bilirdi ki, cavabı onun öz içindədi. Eşələsə, qurdalasa tapasıdı. Orada isə əcaib şeytan gözləri işıldayırdı. Birinci onları kor eləmək lazım idi.
Sayfa 400Kitabı okudu
Göz yaşı allahın səbir kasasında hasilə gələn şəfaət nurudu, cəmi dünyanın batildən isbatına o, qüvvət, toxtaqlıq verir
447 syf.
9/10 puan verdi
·
Read in 11 days
Əslində kitaba önyargıyla başlamamışdım, amma bu qədər də təəccüblənəcəyimi də düşünmürdüm. Əsərdə hər bir obrazın xarakteri, iç dünyası çox məharətlə işlənmişdi. Haqqında oxuyan zaman düşünmüşdüm ki, görəsən yazıçı nə yazıb ki, daha sonra intihar həddinə çatıb? Əsər Gizir adlı Gündəyməz sakinin başına gələn əhvalatlarla əlaqəlidir. Həbsdən sonra öz yurd-yuvasına qayıtmağıyla artıq anlayır ki, heç nə onun qoyub getdiyi kimi deyil. Məhbus həyatı yaşadıqdan sonra yenidən cəmiyyətə qayıtmaqdan ötrü ona tapşırılan işə başlayır. Elə hər şey də bundan sonra başlayır. Kəndin üstünə qara bulud kimi çökmüş Huşəng Qutlu ilə sözləri üst-üstə düşmür. Lakin Gizirin onun haqqında bildiyi sirrlər məsələni qəlizləşdirir və buna görə də Huşəngin ona qarşı olan davranışları da artıq tamam başqa yönə çevrilir. Huşəng Qutlu, Pəncəliyev kimi yüksək vəzifəlilər öz imkanlarından düzgün şəkildə istifadə etmirlər. Əsərdə məni ən çox təsirləndirən hadisə Hüseyn və onun arvadının ölüm anı idi. Hüseyn Gizirin məhbus dostlarından biri idi. O həbsdə ona deyilən xəbərlərə inanmasa da, azadlığa çıxandan sonra bunların yalan olmadığını görür və mənə elə gəlir ki , ən amansız yolu seçir. Ümumiyyətlə əsərdəki kişilər ya həddindən artıq qeyrətli idi ya da tamamilə əksi)) Bir də fikirləşəndə ki, burada verilən neqativ hallar az da olsa həqiqəti əks etdirir…
Tərsinə Addımlayan Kölgələr
Tərsinə Addımlayan KölgələrRahim Dünyamalı · Başla Nəşriyyatı · 07 okunma
Bugünki gün daha yox idi, ömrü çoxdan bitmişdi. Sabahki gün isə hələ bətndəydi, həyat üçün çabalayırdı!….
Sayfa 331Kitabı okudu
Reklam
50 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.