Tərsinə Addımlayan Kölgələr

Rahim Dünyamalı

About Tərsinə Addımlayan Kölgələr

Tərsinə Addımlayan Kölgələr subject, statistics, prices and more here.

About

1995-ci ildə Qubada yazıçı Rahim Dünyamalı ov tüfəngi ilə özünü vurub intihar edir. Rahim Dünyamalı sovet dövrünün son səs-küylü romanlarından birinin – Tərsinə addımlayan kölgələr (1989) – müəllifi idi. Roman respublika səviyyəsində ona şöhrət və məşhurluq gətirsə də, yaşadığı Quba rayonunda saysız-hesabsız düşmən qazandırmışdı. Çünki həmin dövrdə Qubada partiya komitəsində və yerli idarəetmədə baş verən neqativ halları yazıçı elə məharətlə qələmə almışdı ki, bunu ona bağışlaya bilməzdilər. Dostlarının ehtimalına görə Rahim Dünyamalının özünə qəsd etməsinin bir səbəbi də yaşadığı rayonda daim təqib olunması idi. İllər sonra da. Tərsinə addımlayan kölgələr romanının köhnə nüsxələri çoxdan tükənib, nə yazıçını, nə onun əsərini, nə də yaratdığı səs-küyü demək olar ki, indi heç kim xatırlamır. (Əli Novruzov)
Türler:
Estimated Reading Time: 12 hrs. 40 min.Page Number: 447First Publication Date: 1989Publisher: Başla Nəşriyyatı
Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak
Reklam

Book Statistics

Reader Profile of the Book

Kadın% 35.1
Erkek% 64.9
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

About the Author

Rahim Dünyamalı
Rahim DünyamalıYazar · 1 books
Nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1948-ci il dekabrın 18- də Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Ordudan tərxis olunan ildən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirmişdir. (1970-1975). Təyinatla Kəlbəcər rayonunda “Yenilk” qəzetinə göndərilmişdir. Burada kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir (1975-1979). Sonra “Qızıl Qusar” qəzeti redaksiyasında korrektor, müxbir (1979), Quba rayonunda radio verilişləri redaksiyasında redaktor vəızifəsində çalışmışdır (1981-1995). Yetmişinci illəri axırlarından dövri mətbuatda publisist yazıları müntəzəm çap olunmuşdur. 1984-cü ildə “Yeni səslər” almanaxında iki hekayəsi çap olunub. Bundan əlavə “Bir gecənin bəyazlığı”, “Torpaqdan güc alanda”, “Yadigar qaranquşlar”, “Tərsinə addımlayan kölgələr” adlı kitabların müəllifidir. 1995-ci il sentyabrın 9-da Qubada intihar etmiş, Zizik kəndində dəfn olunmuşdur.