Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
0/10
0 Kişi
4
Okunma
Beğeni
24
Görüntülenme
Hüseyn Cavidin “Uçurum” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən pyesin mətbuatda dərc olunmasının 100 illiyi münasibəti ilə nəşrə hazırlanıb. Kitabın tərtibçisi AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı nəşrə yazdığı “Ön söz”də göstərir ki, mövzusu Türkiyə həyatından alınmış, süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirən bu dörd pərdəli faciə ilə dramaturqun yaradıcılığının birinci mərhələsi başa çatıb. Cavidi yaxından tanıyanların qeydlərinə əsasən, şair “Uçurum” faciəsini 1905-1906-cı illər arasında Türkiyədə olduğu zaman yazmağa başlamış, 1917-ci ildə yenidən əsər üzərinə qayıdaraq 1919-cu ildə tamamlamış, 1920-ci ilin aprel ayından mətbuatda hissə-hissə dərc etdirmişdir. 1922-cı ilin 2 iyun tarixində isə əsər D.Bünyadzadə adına Hökumət Teatrında ilk dəfə tamaşaya qoyulmuşdur. Qeyd edək ki, nəşrin redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, cildinin tərtibçisi isə həmin institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.
Yazar:
Hüseyn Cavid
Hüseyn Cavid
Editör:
Teymur Kərimli
Teymur Kərimli
Tahmini Okuma Süresi: 6 sa. 36 dk.Sayfa Sayısı: 233Basım Tarihi: 2020Yayınevi: AMEAOrijinal Adı: Uçurum
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.