Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Uğurlu İnsanlar Günə Necə Başlayır

Benjamin Spall

Uğurlu İnsanlar Günə Necə Başlayır Gönderileri

Uğurlu İnsanlar Günə Necə Başlayır kitaplarını, Uğurlu İnsanlar Günə Necə Başlayır sözleri ve alıntılarını, Uğurlu İnsanlar Günə Necə Başlayır yazarlarını, Uğurlu İnsanlar Günə Necə Başlayır yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
392 syf.
8/10 puan verdi
·
9 günde okudu
Uğurlu insanlar günə necə başlayır. Bu kitabda Bencamin Spoll və Maykl Ksander həyatda uğur qazanmış insanlardan onların səhər rejimləri haqqında aldığı məlumatları bir araya gətirib. Kitabda oxucuların özlərinə aid bir səhər rejimi yaratmaları üçün bəzi əlavə bölmələrədə yer verilib və məncə kitabın ən maraqlı yerləri bu hissələri idi. Əgər səhər saat 8-də təlaş içində yuxudan oyanıb yataqdan birtəhər sürünüb qalxdığınız vaxtlar olursa, bu kitab tam da sizin üçündür.
Uğurlu İnsanlar Günə Necə Başlayır
Uğurlu İnsanlar Günə Necə BaşlayırBenjamin Spall · Teas Press Nəşriyyatı · 025 okunma
Müəyyən bir səhər rejiminiz yoxdursa, sükansız gəmiyə bənzəyirsiniz: doğru istiqamət götürmək üçün nə qədər çalışsanız da, səy göstərsəniz də, bacarmırsınız. Dalğalar sizi haraya qovursa, oraya da üz tutmalı olursunuz.
Sayfa 309Kitabı okudu
Reklam
"Səhər günün müqəddəs bir hissəsidir. Hər şeyə yenidən başlayırsınız. Mən yeni başlangıçları sevirəm: anam həmişə deyərdi ki, problemlərə görə heç vaxt narahat olmayım, çünki sabah yeni bir gün olacaq və hər şeyə yenidən başlayacağam. Xatırlayıram, uşaq olanda axşam olanda həyəcanla yatağıma uzanır və yeni günü səbirsizliklə gözləyirdim". ~Dena Heyden, Bir neçə mükafatla təltif olmuş rəssam
Mütləq özünüzə uyğun olan bir səhər rejimi tərtib edin. Özünüzü başqalarının rejiminə, standartlarına uyğunlaşmağa məcbur etməyin. Öz səhərinizi başqalarının səhərinə bənzətməyə çalışmayın. Sadəcə, zirək və çevik olun, həyatınızı sadələşdirmək, o cümlədən fürsətləri qaçırmamaq üçün uyğun anı yaxalamağı bacarın.
Axşam vaxtında yatmağın ən böyük mükafatı gözəl səhərdir.
Reklam
Hər şey heç də həmişə planlaşdırdığımız kimi getmir, amma olsun, dünyanın axrı deyil !
Axşam vaxtında yatmağın ən böyük mükafatı gözəl səhərdir.
Sayfa 238 - Teas Press.Kitabı okudu
Daimi yorğunluq təhlükəli ola bilər,çünki yorğunluq insanın intellekt səviyyəsini əməlli-başlı aşağı salır.
Sayfa 232Kitabı okudu
Mənim nəzərimdə fiziki sağlamlıq və həyat enerjisi ən vacib prioritetdir. Bu prioriteti təmin edən ən böyük köməkçilərim isə yoq,meditasiya, pilates,gəzinti,sağlam qida və normal yuxudur.
Sayfa 192 - Teas Press.Kitabı okudu
Reklam
Plansız və rejimsiz iş görmək pərakəndiliyə, narahatlığa, nəticədə isə stressə,gərginliyə yol açır.
Sizdən asılı olmayan və nəzarətinizdən çıxan hər hansı hadisəyə kəskin reaksiya göstərmək əvəzinə, daha tədbirli və təmkinli olmağa çAlışın.
Məsuliyyət hissi insanı yataqdan qaldıra bilən ən güclü təkanverici qüvvədir.
Həyat planlar qurmaqla məşğul olduğumuz zaman kəsiyində başımıza gələnlərdən ibarətdir.