Məni gözləmədiyim dərəcədə şok edən bir kitab oldu. Hekayənin axışı əsas bir başroldan çox Walpurgis gecəsini başrola çevirdi. Hazırlanış etibarilə çox ustaca düşünülmüş və canlandırılmış bir hekayə idi. İstər qan dondurucu hissələri , istər fəlsəfi epizodları, istərsədə personajların 'inkişafı' çox mükəmməl düşünülmüşdü. Hər bir hissə , dialoq , hadisə və s. Əsas başrolun-Gecənin mahiyətini və dəhşətini ifadə etmək, ona məna qazandırmaq və yaşanılacaq olan vəhşiliyin dərəcəsini anlamaqda böyük rol oynadı.
Dəliliyin pik həddə çatdığı , insan varlığının heyvan varlığı ilə seçilməsi imkansıza varacaq dərəcədə qarışdığı bir əsər idi.
İndiyə qədər belə bir şey oxumamışdım.