Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xocalı Göyərçinləri

Vaqif Aliyev
0/10
0 Kişi
Okunma
Beğeni
23
Görüntülenme
Xocalı qəlbimizdə elə bir yaradır ki, o yaranı qaysaqlamağa qoymamalıyıq, Xocalı elə bir faciədir ki, o faciədən həmişə qəlbimizə, yaddaşımıza, duyğularımıza qan dammalıdır. Vaqif Alıyevin bu yaxınlarda işıq üzü görən “Xocalı göyərçinləri” kitabı da bu damlalardan biridir... “Xocalı göyərçinləri” erməni vandalizminin qanlı əməllərinin daha bir mənzərəsidir. Ölümə məhkum olunmuş insanların çaşqınlığı, yaşamaq istəyi, hissləri və duyğuları bu kitabda real boyalarla əks olunur. Ön sözün müəllifi Günəş Şərafəddinqızı yazır: “Oxuculara təqdim olunan “Xocalı göyərçinləri” kitabı o günlərin salnaməsidir. Müəllifin müvəffəqiyyəti tarixi prosesi diqqətlə izləməsində, ona həm də yazıçı-vətəndaş gözü ilə baxa bilməsindədir”. Kitabda “Xocalı xatirələri”, “Elman”, “Daşbulaq xatirələri”, “Livan erməniləri”, “Qısa arayış”, “Bandit Slavik”, “Ananın gileyi””, “Şövkətin xatirələri”, “Əsirlikdə”, “Giley”, “Köçkünlük”, “Xocalı meyitləri”, “Çingizin həqiqətləri, “Təsəlli””, “Xocalı göyərçinləri”, “Şəhid göyərçinlər”, “Xocalı haqqında”, “Xocalı”, “Xocalı rayonu”, “Yekun” başlığı altında yazılarda Xocalı faciəsinin dəhşəti sonsuz kədərlə qələmə alınıb. “Şəhid göyərçinlər”də oxuyuruq: “Göyərçin sülh quşudur. Onun bərli-bəzəkli, yaraşıqlı görkəmi insanları dincliyə, sakitliyə səsləyir. Elə Rövşənin göyərçinləri də yəqin ki, belədir. Əgər onları perikdirməyiblərsə, doğmalarının qayıdacaqları günü gözləyirlər. Yox, əgər yağı düşmən bu gözəl məxluqlara da doğma yuvalarında yurd yerlərinin səmasının ənginliklərinə baş vurmağı yasaq ediblərsə, onda necə? Yox, yox... Bu heç cür mümkün deyil. Bu gün Xocalı səmasında Rövşənin göyərçinləri ilə birlikdə çoxlu göyərçinlər uçur. Onlar ağ göyərçinə dönmüş müqəddəs şəhid ruhlarıdır...” Xocalı şəhidləri əbədiyyətə qovuşdular, Xocalı şəhidləri Xocalı dərdini ömürlərinin sonunacan daşımağa məhkumdurlar. Kitabda faciənin şahidlərinin gördükləri, yaşantıları, nisgilləri, həsrətləri oxucunu o günlərə aparır, o günləri günümüzə gətirir. Vaqif Alıyev “Xocalı göyərçinləri”ni “faciə haqqında yarımçıq kitab” adlandırsa da, əslində bu kitab Xocalı faciəsi haqqında gündəlikdir, yaddaş salnaməsidir. Bu kitabı vərəqləməyə, yaddaşımıza köçürməyə dəyər. Xoş mütaliələr:
Fətəliyeva Fatimə
Fətəliyeva Fatimə
Yazar:
Vaqif Aliyev
Vaqif Aliyev
Tahmini Okuma Süresi: 2 sa. 9 dk.Sayfa Sayısı: 76Basım Tarihi: 2011Yayınevi: Elefant PoliqrafıOrijinal Adı: XOCALI GÖYƏRÇİNLƏRİ
ISBN: 978-9952-8019-2-7Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.