Yer yox ikən,göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgar idim
Gövhəri ab eylədim,tutdu cahanı sərbəsər,
Yeri-göyü, ərşi-kürşü yaradan Səttar idim
Gah Hüseynlən belə pustumu soydu qazilər,
Gah o Məhsur donuna girdim, "ənəlhəqdar"idim
Girdim Adəm cisminə ,kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim
On səkkiz min aləmə mən gərdişi ilə gəlmişəm,
Ol səbəbdən haqq ilə sirdar idim,sərdər idim,
Dünyasından mən onun sirrini bilirdim,ol mənim,
Dəryanın altındakı saç qızdıran əngar idim.
Mən Xətaiyəm,haqq tanımışam bigüman,
Onun üçün ol yaratdı,mən ona sərhəd idim .