Xudafərin Körpüsü

Fərman Kərimzadə

Yorumlar ve İncelemeler

Tümünü Gör
389 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
♧Tarixin silinməz izləri♧
Spoilər ola bilər... Bir tarixçi olaraq tarix əsərlərini oxumağa bu ildən başlamışam doğrusu və yaxşı ki,başlamışam...Xudafərin körpüsü Fərman Kərimzadə yaradıcılığının 3 hissəli əsərlərindən ilkidir.Kitabda Səfəvilər dövründən bəhs edir, Şah İsmayıl Xətainin yaşamını tam şəkildə əks etdirir. Əsərdə onun yaradıcılığa necə başlaması,özünü Sahibi Zaman kimi təqdim etməsi,Şirvanla olan münasibətlər və s. Əks olunub. Azərbaycan tarixinin bu dövrünü bilmək istəyən hərkəsə tövsiyə olunası bir əsərdir. Xoş mütaliələr...♡
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019157 okunma
Reklam
479 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Xudafərin körpüsü" hər cümləsini maraqla oxuduğum romanlardandır. Azərbaycan tarixi,tarixi şəxsiyyətləri haqqında yazılmış mükəmməl roman deyə bilərəm. Çox istəyərdim ki, qardaş ölkədəki kimi Azərbaycanda da tarixi seriallar çəkilə və ən birinci sırada "Xudafərin körpüsü" romanı ola. Sara Xatun, Uzun Həsən, şah 1-ci İsmayıl kimi şəxsiyyətləri yaxından tanımaq şansını bizə bəxş etdiyi üçün Fərman Kərimzadəyə minnətdaram. Əsərdə sevdiyim obrazlardan Qaçaq Murad, Hüsey Lələ yaddaşımda dərin iz qoydu.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012157 okunma
448 syf.
7/10 puan verdi
·
8 günde okudu
Fərman Kərimzadənin yaradıcılığından oxuduğum ilk kitab olan "Xudafərin körpüsü"ndə Şah İsmayıl Xətainin ana babası Uzun Həsənin dövründən onun hakimiyyətə gəlməsinə qədər olan zaman kəsiyindən söhbət açılır. Əsər çoxşaxəli və axıcı idi. Hadisələr əla işlənmişdi. Amma I hissə daha maraqlı idi. Bir neçə amilə görə kitaba möhtəşəm deyə bilməyəcəyəm. (XXX SPOİLER OLA BİLƏR XXX) 1. Qeyd olunub ki, sən demə, Səfəvilər əslində İmam nəslindən deyillərmiş. Bu fikir məni sarsıtdı... 2. İsmayıla yalandan "Zamanın sahibi" təxəllüsü verilmişdi. Maraqlıdır, görəsən, tarixdə belə bir hadisə olub? 3. Bəzi yerlərdə dinə qarşı sözlər var idi... 4. Aləmşahbəyimin ölümü tarixdəki kimi qələmə alınmamışdı, fikrimcə. Çünki bir sıra mənbələrə görə, o xanım 1522-ci ildə vəfat edib, hətta İsmayılın onu sünni məzhəbli olduğuna görə edam etdiyini deyənlər də var(inanmağım gəlmir bu versiyaya). Bu nüanslara görə əsəri müəyyən qədər bəyənmədim. Amma ümumi olaraq yaxşı idi. Xoş mütaliələr :)
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019157 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.